UNICEFin nümayəndələri Naxçıvan xəstəxanalarında immunizasiya proqramlarının icra səviyyəsini qiymətləndirir AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Naxçıvan, 3 dekabr, AZƏRTAC
BMT-nin Uşaq Fondunun (UNICEF) nümayəndələri Naxçıvanda bir sıra xəstəxanalarda immunizasiya proqramlarının icra səviyyəsini qiymətləndirmək məqsədilə yoxlamalar aparıblar.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu proses Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyevanın iştirakı ilə həyata keçirilib.
Yoxlamalar zamanı muxtar respublikanın müxtəlif bölgələrində, o cümlədən Naxçıvan şəhərində, Babək, Şahbuz, Ordubad, Culfa, Şərur, Sədərək və Kəngərli rayonlarında immunizasiya proqramlarının icrası araşdırılıb. Əsas məqsəd immunizasiya tədbirlərinin düzgün və vaxtında yerinə yetirilməsini, peyvəndlə bağlı məlumatların dəqiqliyini və əhalinin bu sahədəki maarifləndirilməsi səviyyəsini qiymətləndirmək olub. UNICEF nümayəndələrinin apardığı yoxlamalar, həmçinin bölgələrdə uşaq sağlamlığının qorunmasına yönəlmiş proqramların effektivliyini təmin etmək məqsədi daşıyıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 03 Dekabr 2024 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















