Icma.az
close
up
RU
UNICEFin nümayəndələri Naxçıvan xəstəxanalarda immunizasiya proqramlarının icra səviyyəsini qiymətləndirir AZƏRTAC

UNICEFin nümayəndələri Naxçıvan xəstəxanalarda immunizasiya proqramlarının icra səviyyəsini qiymətləndirir AZƏRTAC

Naxçıvan, 3 Dekabr, AZƏRTAC

BMT-nin Uşaq Fondunun (UNICEF) nümayəndələri Naxçıvanda bir sıra xəstəxanalarda immunizasiya proqramlarının icra səviyyəsini qiymətləndirmək məqsədilə yoxlamalar aparıblar.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu proses Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyevanın iştirakı ilə həyata keçirilib.

Yoxlamalar zamanı muxtar respublikanın müxtəlif bölgələrində, o cümlədən Naxçıvan şəhərində, Babək, Şahbuz, Ordubad, Culfa, Şərur, Sədərək və Kəngərli rayonlarında immunizasiya proqramlarının icrası araşdırılıb. Əsas məqsəd immunizasiya tədbirlərinin düzgün və vaxtında yerinə yetirilməsini, peyvəndlə bağlı məlumatların dəqiqliyini və əhalinin bu sahədəki maarifləndirilməsi səviyyəsini qiymətləndirmək olub. UNICEF nümayəndələrinin apardığı yoxlamalar, həmçinin bölgələrdə uşaq sağlamlığının qorunmasına yönəlmiş proqramların effektivliyini təmin etmək məqsədi daşıyıb.

seeBaxış sayı:11
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri