Icma.az
close
up
RU
Universiada Essen şəhərindən başlayır: Azərbaycan komandası Avropanın tələbə mərkəzində

Universiada Essen şəhərindən başlayır: Azərbaycan komandası Avropanın tələbə mərkəzində

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Azərbaycan komandası bu gündən etibarən Almaniyanın Reyn-Rur bölgəsində start götürəcək Universiadaya uyğunlaşmağa başlayıb.

İdman.biz xəbər verir ki, bu idman tədbirinin keçirilməsi üçün Avropanın həm tarixi, həm də mədəni baxımdan maraqlı və dinamik bölgələrindən biri seçilib.

Reyn-Rur bölgəsi Qərbi Almaniyanın böyük bir hissəsini əhatə edir. Yarışları qəbul edən şəhərlər - Boxum, Duysburq, Essen, Mülheym və Hagen şəhərləri ilə yanaşı bura Şimali Reyn-Vestfaliya əyalətinin paytaxtı Düsseldorf da daxildir. Ən tanınmış şəhərlərdən biri Kölndür – əhalisi bir milyonu keçib və məşhur Köln kafedralı ilə tanınır. Digər məşhur şəhər isə "top" klubu “Borussiya” ilə tanınan Dortmunddur.

Universiada şəhərlərinin hamısı keçmiş Rur hövzəsinin bir hissəsində yerləşir. Bura Almaniyanın ən böyük şəhər aglomerasiyasıdır və əhalisi 5 milyondan çoxdur. Bu şəhərlər qərbdən şərqə doğru bir-birinə birləşmiş şəkildə yerləşir və qonaqlar bir şəhərin digərini əvəz etməsini, əsasən, yol nişanlarından anlayırlar. Region adını buradan axan Rur çayından alıb. Bu çay əvvəllər kömür və sənaye məhsullarının ucuz və səmərəli daşınmasına imkan verirdi.

Rur bölgəsi yüzilliklər boyu mədən sənayesinin təsiri altında inkişaf edib.

Hazırda region sənaye və ticarətin əsas mərkəzlərindən biri olsa da, onun inkişafına təkan verən əsas amil kömür hasilatı olub. XIX əsrdə zəngin kömür və filiz yataqları, polad istehsalı və emal sənayesi bu ərazini Avropanın ən böyük sənaye aglomerasiyalarından birinə çevirmişdi. Mədən sənayesi regionun həm iqtisadi, həm də mədəni simasını formalaşdırmış, yerli əhalinin düşüncə tərzinə təsir etmişdi. Artıq bu sahə fəaliyyətini dayandırsa da, şəhərlər bir vaxtlar ətrafında genişləndikləri zavod və mədənlərdən izini daşıyırlar. Sənaye inkişafı dövründə Rur bölgəsinə Almaniyanın digər yerlərindən və xarici ölkələrdən – xüsusilə Polşa, Türkiyə, İtaliya və Yunanıstandan – çoxlu insanlar köç etmişdi. Bu səbəbdən bu gün də bölgədə müxtəlif mədəniyyətlərin yanaşı yaşaması müşahidə olunur.

Essen şəhəri bölgədəki dəyişiklik və yeniliklərin simvolu sayılır. Burada bir zamanlar dünyanın ən böyük kömür mədəni olan Zollverein yerləşir. Hazırda bu obyekt UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Bu və digər sənaye obyektləri artıq mədəniyyət mərkəzləri, muzeylər və tədbir məkanlarına çevrilib.

Bu gün isə region elm, tədqiqat və universitet mərkəzi olub. Müxtəlif məlumatlara görə, burada doqquzdan çox universitet və texniki kolleclə yanaşı bir neçə texnologiya mərkəzi də fəaliyyət göstərir.

Universiadanın əsas yarışlarının keçiriləcəyi şəhər də məhz Essen olacaq və Azərbaycan komandası da burada yerləşib. İdmançılar bu gün ilk məşqlərinə başlayıblar və yaxın vaxtlarda yarışlara qoşulacaqlar.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 16 İyul 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri