Universiada: Elcan Hacıyev mübarizəyə başlayır
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada cüdo yarışları davam edir.
İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün beş azərbaycanlı cüdoçu tatami üzərinə çıxacaq.
Onların arasında dünya çempionatının bürünc mükafatçısı Elcan Hacıyev (90 kq) də var. O, mübarizəyə ikinci mərhələdən başlayacaq.
Davud Namazlı (100 kq) Litva təmsilçisi Tadas Narkusla qarşılaşacaq, Ramazan Əhmədov (+100 kq) isə Moldova idmançısı Alin Baqrini məğlub etməyə çalışacaq.
Nərmin Əmirli (78 kq) Fransa təmsilçisi Kaliya İssufi ilə, Nigar Süleymanova (+78 kq) isə Böyük Britaniyadan olan Lüsi Uillyamsla qarşılaşacaq.
Qeyd edək ki, yarışların ilk iki günündə cüdoçularımız medal qazana bilməyiblər.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 25 İyul 2025 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















