Universiadada cüdo turniri üç tatamidə keçiriləcək
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sabah Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada cüdo turniri start götürəcək.
İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu yarışlar multiforumun əsas idman məkanı olan "Messe Essen"də baş tutacaq.
Təşkilatçılar artıq tatamiləri yerbəyer ediblər və texniki məsələlərlə məşğuldurlar. Qarşılaşmalar üç tatami üzərində keçiriləcək.
Qeyd edək ki, Azərbaycan komandası Universiadada bu heyətlə təmsil olunacaq: Babarəhim Mirzəyev (60 kq), Nazir Talıbov (66 kq), Nəriman Mirzəyev (73 kq), Mehdi Abbasov (81 kq), Elcan Hacıyev (90 kq), Davud Namazlı (100 kq) və Ramazan Əhmədov (+100 kq), Könül Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq), Aytac Qardaşxanlı (70 kq), Nərmin Əmirli (78 kq) və Nigar Süleymanova (+78 kq).
Zəki Feyzullayev
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 22 İyul 2025 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















