Icma.az
close
up
RU
Universiadaya bir həftə qalır: Almaniya Azərbaycan idmançılarını gözləyir

Universiadaya bir həftə qalır: Almaniya Azərbaycan idmançılarını gözləyir

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniyanın Reyn-Rur bölgəsində keçiriləcək Ümumdünya Universiadasının başlamasına bir həftə qalır. Multiforumda 18 idman növündə 234 dəst medal uğrunda mübarizə gedəcək. Azərbaycan komandası da yarışlara hazırlığın son mərhələsinə qədəm qoyur.

İdman.biz iyulun 16-27-də keçiriləcək Universiada ilə bağlı maraqlı faktları təqdim edir.

Altı şəhər

Əsas yarışlar Reyn-Rur aqlomerasiyasının beş şəhərində olacaq: Boxum, Duysburq, Essen, Mülheim an der Ruhr və Hagen.

Onlara Berlin də qoşulacaq - ölkə paytaxtında üzgüçülük, suya tullanma və voleybol yarışları keçiriləcək.

Bunadək Universiada Almaniyada yalnız bir dəfə - 1989-cu ildə Duysburqda keçirilib.

Yarışların proqramı

Proqramda cüdo, atletika, basketbol, ​​3x3 basketbol, ​​su polosu, üzgüçülük, suya tullanma, voleybol, çimərlik voleybolu, avarçəkmə, tennis, stolüstü tennis, badminton, idman gimnastikası, bədii gimnastika, kamandan oxatma, taekvondo və qılıncoynatma yer alıb.

İlk dəfə proqrama əlil arabalarında 3x3 basketbolu da daxil edilib - bu, Yay Universiadası tarixində ilk paralimpiya idman növüdür.

Tədbirin əhatə dairəsi

Universiadada təxminən 150-170 ölkədən 8500-dən çox idmançı və rəsmi şəxs iştirak edəcək.

Multiforumun açılışı iyulun 16-da Duysburqdakı "MSV Arena"da baş tutacaq. Bağlanış isə iyulun 27-də "Landschaftspark Duisburg Nord"da olacaq.
Yarışlar 23 idman obyektində keçiriləcək.

Təşkilatçılar dayanıqlı inkişafa xüsusi diqqət yetirirlər: yalnız mövcud və müvəqqəti obyektlər istifadə olunacaq, infrastruktur isə minimal dərəcədə dəyişəcək.

Eyni zamanda, Universiada mədəni-maarifləndirici proqramı da əhatə edəcək. Bu proqrama Beynəlxalq Universitet İdmanı Federasiyasının konfransı (17–19 iyul, Boxum), eləcə də yarışların keçirildiyi şəhərlərdə konsertlər və festivallar daxildir.

Azərbaycan komandasının heyəti

Universiadada Azərbaycanın bir sıra aparıcı idmançıları iştirak edəcək. Cüdo komandamız xüsusilə diqqəti çəkir. Heyətdə ötən ilin Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Elcan Hacıyev (90 kq) də yer alıb. O, öz çəki dərəcəsində əsas favoritlərdən biridir.

Qrup hərəkətləri yığmasını da qeyd edə bilərik. Gimnastlarımız Universiadada ilk dəfə qrup yarışlarında çıxış edəcəklər.

Azərbaycan həmçinin atletika, üzgüçülük, taekvondo və digər növlərdə də təmsil olunacaq.

Statistika nə deyir?

İki il əvvəl Çenqduda keçirilən Universiadada Azərbaycan doqquz medal - üç gümüş və altı bürünclə ümumi hesabda 38-ci yeri tutmuşdu. Bu mükafatlar cüdo, bədii gimnastika, avarçəkmə və taekvondoda əldə olunublar.

Ümumi hesabda Yay Universiadaları tarixində 41-ci yerdəyik. Bu müddət ərzində idmançılarımız 49 mükafat (13 qızıl, 14 gümüş, 22 bürünc) qazanıblar.

Zəki Feyzullayev

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 İyul 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri