Universiadaya gedən yol: Azərbaycan komandasının ikinci qrupu Almaniyaya çatıb
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Sabah Almaniyanın Reyn-Rur bölgəsində Dünya Universiadası başlayacaq.
İdman.biz xəbər verir ki, Azərbaycan idmançılarının ikinci qrupu uğurla Düsseldorf şəhərinə çatıb və tezliklə mübarizəyə qoşulacaq.
Bədii gimnastika və taekvondo komandalarının yolu tranzit reysi ilə İstanbuldan keçib. Türkiyəyə çatdıqdan bir neçə saat sonra idmançılar Düsseldorf istiqamətində uçan təyyarəyə miniblər. Həmin reysdə müxtəlif ölkələrdən – Türkiyə, Özbəkistan, Pakistan və Makaodan olan atletlər də yer alıb. Sərnişinlər vaxtlarını fərqli şəkildə keçiriblər: çoxu dincəlib, bəziləri isə planşetdə film izləyib.
Düsseldorf idmançıları gözəl hava ilə qarşılayıb.
İndi komanda akkreditasiyadan keçmək və yerləşmə məntəqələrinə yollanmaq üçün hazırlaşır.
Qeyd edək ki, Universiadanın açılış mərasimi sabah Duisburq şəhərində baş tutacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 15 İyul 2025 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















