Universitet və kolleclərdə nə baş verir? Fotoqrafların narazılığı var...
Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Universitet və kolleclərdə “Məzun günü”-nün yaxınlaşdığı bir anda sosial şəbəkələrdə fotoqrafların narazılıqları müşahidə olunur.
Belə ki, bir neçə fotoqraf əvvəlcədən şəkillər çəkmək üçün tələbələrlə razılaşsa da, sonradan tələbələr onlardan imtina etdiyini, buna səbəb olaraq isə rəhbərliyin göstərişinin olduğunu bildirir. Bəzi fotoqraflar hətta buna görə “Beh”-lər də alıblar.
Gununsesi.info-ya bu barədə danışan fotoqraf Xəyal Heydər bildirir ki, eyni hal ilə o da qarşılaşıb:
“2 saylı tibb kollecinin tələbələri ilə razılaşmışdıq ki, şəkillərini mən çəkəcəm. Ancaq tələbələr bundan imtina edib. Deyilənə görə, kimsə universitetə pul verir ki, tələbələr ancaq onunla işləsinlər, kənardan fotoqraf gətirilməsin.”
Qeyd edək ki, eyni hal ilə bağlı bir müddət əvvəl Bakı Dövlət Universitetindən də narazılıqlar müşahidə olunurdu.
Görünür, bu sahə də manopoliyaya alınır.
İddialara görə, rəhbərliklər özləri onlara “tas” çatdıran fotoqraflarla işləyir.
Orxan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 20 Mart 2025 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















