Universitet və kolleclərdə tədris proqramları dəyişəcək
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda əmək bazarının tələblərinə uyğun olaraq ali və orta ixtisas təhsili proqramlarının yenilənməsi həyata keçiriləcək.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nda öz əksini tapıb.
Tədbirlər Planına əsasən, layihənin əsas icraçısı Elm və Təhsil Nazirliyi, digər icraçılar isə aidiyyəti dövlət qurumlarıdır. Tədbirin icrası 2026-2030-cu illəri əhatə edəcək
Sənədə əsasən, ilk mərhələdə ali və orta ixtisas təhsili pillələri üzrə yenilənməsinə ehtiyac olan təhsil proqramları müəyyənləşdiriləcək. Daha sonra əmək bazarının mövcud və perspektiv tələbləri nəzərə alınmaqla həmin proqramlar yenilənəcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 20 İyul 2026 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















