Icma.az
close
up
RU
Universitet yataqxanalarında məskunlaşan məcburi köçkünlər nə vaxt köçürüləcək?

Universitet yataqxanalarında məskunlaşan məcburi köçkünlər nə vaxt köçürüləcək?

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bəzi universitetlərin tələbə  yataqxanaları tələbələrin istifadəsinə verilə bilmir. Çünki illərdir ki,  orada məcburi köçkünlər məskunlaşıblar. Hazırda daha bir tədris ili yekunlaşır.

Tələbələrə maraqlıdır ki, növbəti ildən etibarən təhsil aldıqları universitetlərin yataqxanalarında qala biləcəklər?

Bizim.Media mövzuyla bağlı həmin universitetlərdən bir neçəsinə sorğu ünvanlayıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev açıqlamasında bildirib ki, universitetin yataqxanalarında yaşayan məcburi köçkünlərin böyük bir hissəsi köçürülüb, ancaq qalanlar var. Onlar öz istəkləriylə qalmaq istəyirlər. Nicat Abdullayev o binalarda qalmağın təhlükəsindən danışıb.

"Müvafiq icra hakimiyyəti orqanları, aiddiyyəti qurumlar həmin sakinlərlə söhbətlər aparıb, maarifləndirici görüşlər keçiriblər. Çünki o binalar qəzalı olduğu üçün orada  qalmaq onların həyatları üçün də təhlükə yaradır. Ümid edirik ki, onlar da sağlamlıqları üçün binalardan çıxmaqla bağlı razılaşacaqlar".

Nicat Abdullayev vurğulayıb ki, yataqxanaların təmir olunması üçün böyük maliyyə lazımdır:

"Təəsüflər olsun ki, yataqxana kompleksi uzun illər məcburi köçkünlərin istismarında olub. Artıq o binalarda yaşamaq mümkün deyil. Korpuslardan biri əvvəlcədən  bizdə olub, son illər orada əsaslı təmir olub. Orada 450 tələbəni yerləşdirmək mümkündür. İctimai təşkilatlar vasitəsilə yataqxanada qalmağa ən çox ehtiyacı olan tələbələri müəyyənləşdiririk və yerləşdiririk. Bu il də elə olacaq.

AZMİU-nun yataqxana kompleksinin təmir olunub, tələbələrin ixtiyarına verilməsi prioritet məsələlərdən biridir. Bununla bağlı Elm və Təhsil Nazirliyi ilə birgə maliyyə axtarışındayıq. Bu, böyük məbləğ tələb edən məsələdir".

Azərbaycan  Dövlət Pedoqoji Universitetinin İctimaiyyətlə Əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev açıqlamasında bildirib ki, ADPU-nun Bakı şəhərində 5 tələbə yataqxanası var. Yataqxanaların 4-də ümumilikdə 1600-dən çox məcburi köçkün məskunlaşıb. Taleh Mirzəyev yataqxanaların təmiri, məcburi köçkünlərin köçürülməsi məsələsinə də aydınlıq gətirib:

"Dövlətimiz tərəfindən mərhələli şəkildə məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi, Böyük Qayıdış prosesi həyata keçirilir. Yataqxanalarda məskunlaşan sakinlərimiz doğma yurdlarına qayıtdıqdan sonra binaların əsaslı təmiri ilə bağlı məsələlər müzakirə oluna bilər. Hazırda ADPU-nun yataqxanalarında məskunlaşan sakinlərin köçürülməsinə başlanılmayıb deyə yataqxanaların təmiri məsələsi gündəmə deyil".

Azərbaycan Dövlət İqtisad Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova açıqlamasında qeyd edib ki, məcburi köçkünlərin köçürülməsi universitet tərəfindən tənzimlənmir:

"Ona görə də bu barədə məlumatımız yoxdur. Köçürüldükdən sonra yataqxanalarda yenidənqurma işləri aparılacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 İyun 2025 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri