Icma.az
close
up
RU
Bakıdakı məcburi köçkünlər hara köçürüləcək? “Qaçqınkom” dan açıqlama

Bakıdakı məcburi köçkünlər hara köçürüləcək? “Qaçqınkom” dan açıqlama

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Ölkə.az-ın sorğusuna cavab olaraq qurumdan qeyd olunub ki, Bakı şəhərinin Nizami rayonunun Elşən Süleymanov küçəsində yerləşən, 14 saylı Peşə Liseyninin yataqxanasında hazırda, əsasən, Ağdam, Füzuli, Zəngilan və Kəlbəcər rayonlarından olan məcburi köçkün ailələri müvəqqəti məskunlaşıblar.

“Məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra onların işğaldan azad olunan ərazilər üzrə qayıdışına şərait yaradılıb”, - “Qaçqınkom”dan bildirilib.

Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri sürətlə davam edir:

“Həmin ərazilərdə bərpa edilən və yeni tikilən yaşayış məntəqələrinə, ilk növbədə, qəzalı şəraitdə olan yataqxanalarda, sanatoriyalarda, yarımçıq tikililərdə və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayan məcburi köçkünlər köçürülür.

14 saylı Peşə Liseyninin yataqxanasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin hər hansı rəsmi müraciəti daxil olmayıb”.

Xatırladaq ki, yataqxanada illərdir yaşayan 120-yə yaxın məcburi köçkün ailəsinə binanın söküləcəyi deyilib. 30 ildən çoxdur yataqxanada yaşayan keçmiş məcburi köçkünlər işğaldan azad edilən torpaqlara köçürülür. İddialara görə, onlara qeydiyyatda olduqları rayonlara deyil, başqa bölgələrə köçmələri təklif olunub.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 İyul 2026 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri