Icma.az
close
up
RU
Universitetdən magistratura ilə bağlı açıqlama

Universitetdən magistratura ilə bağlı açıqlama

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Azərbaycan Universitetinin 2026/2027-ci tədris ili üçün magistratura səviyyəsi üzrə qəbul planı təsdiqlənib. Qəbul 10 ixtisas, 19 ixtisaslaşma və MBA proqramının 4 istiqaməti üzrə aparılır.  Bütün ixtisaslaşmalarda təhsilalma forması əyanidir. MBA proqramı istisna olmaqla bütün ixtisaslaşmalara dövlət sifarişi əsasında qəbul mümkündür.

Azərbaycan Universiteti magistratura namizədlərinə müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqların formalaşdırılması, elmi-tədqiqat fəaliyyətinə qoşulmaq və peşəkar inkişaf imkanlarından faydalanmaq üçün müasir akademik mühit təqdim edir. Qəbul planında ümumilikdə 203 yer ayrılıb ki, həmin yerlərdən 168-i Azərbaycan, 35-i isə ingilis bölməsi üçün nəzərdə tutulub. Qəbul planı əmək bazarının tələbləri, ali təhsil sisteminin inkişaf prioritetləri və universitetin akademik potensialı nəzərə alınmaqla formalaşdırılıb.

Magistratura səviyyəsi üzrə bütün təhsil proqramları yenilənib. Yeni təhsil proqramlarında nəticəyönümlü prinsiplər əsas götürülüb. Bu məqsədlə süni intellekt, data analitikası, rəqəmsal texnologiyalar, innovativ informasiya sistemləri və digər müasir istiqamətlər üzrə fənlər tədris planlarına daxil edilib, həmin sahələr üzrə bilik və bacarıqlar müxtəlif ixtisas fənlərinin məzmununa inteqrasiya olunub.

Universitetdə fəaliyyət göstərən daxili keyfiyyət təminatı sistemi təhsil proqramlarının davamlı monitorinqini və qiymətləndirilməsini həyata keçirir. Bu prosesə akademik heyətlə yanaşı, tələbələr, məzunlar və işəgötürənlər də cəlb olunur, onların rəy və təklifləri proqramların təkmilləşdirilməsi və yeni ixtisasların hazırlanması zamanı nəzərə alınır.

Əldə olunan mühüm nailiyyətlərdən biri Sosial iş ixtisasının təhsil proqramının bakalavriat səviyyəsindən sonra magistratura səviyyəsi üzrə də beynəlxalq akkreditasiyadan uğurla keçməsidir. Beynəlxalq akkreditasiya növbəti 5 ili əhatə edir və proqramın beynəlxalq keyfiyyət standartlarına uyğunluğunu, rəqabətqabiliyyətliliyini, tədris prosesinin yüksək akademik tələblərə cavab verdiyini təsdiqləyir. Proqramın akkreditasiyası təhsildə keyfiyyətin təminatı sahəsində aparıcı beynəlxalq təşkilatlardan biri olan Müstəqil Akkreditasiya və Reytinq Agentliyi (Independent Agency For Accreditation and Rating - IAAR) tərəfindən həyata keçirilib. Eyni ixtisasın həm bakalavriat, həm də magistratura səviyyəsi üzrə beynəlxalq akkreditasiya sertifikatını əldə etməsi uuniversitetdə sosial iş sahəsində akademik məktəbin formalaşmasının göstəricidir.

Magistratura səviyyəsi üzrə qəbula dair daha ətraflı məlumatı universitetin internet səhifəsindən əldə etmək mümkündür. 

https://au.edu.az/az/admission/magistraturaya-qebul

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://adalet.az
archiveBu xəbər 21 İyul 2026 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri