Universitetdən tələbələri aldadıb həbs olunan müəllimlə bağlı açıqlama
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mediada Qarabağ Universitetinin adının hallandığı məlumatlarla bağlı universitet tərəfindən açıqlama verilib.
Modern.az-ın sorğusuna cavab olaraq Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, mediada adı hallanan Faiq Məmmədov universitetdə heç vaxt çalışmayıb.
“Bildiririk ki, mediada adı hallanan Faiq Məmmədov Qarabağ Universitetində heç vaxt çalışmayıb və universitetlə hər hansı əməkdaşlığı olmayıb.
Hörmətli media nümayəndələrindən Qarabağ Universiteti ilə bağlı məlumatların dəqiqliyinin təmin olunması məqsədilə müvafiq hallarda universitetin İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlamalarını xahiş edirik”, - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, mediada 1993-cü il təvəllüdlü Faiq Məmmədovun dələduzluqda, hədə-qorxu ilə tələb etmədə və əxlaqsız hərəkətlərdə ittiham olunaraq cinayət məsuliyyətinə cəlb edildiyi barədə məlumat yayılıb.
Məlumata görə, iki tələbənin şikayətindən sonra F.Məmmədov saxlanılıb və barəsində araşdırma aparılıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 29 Sentyabr 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















