Universitetdən qovulanlar nə zaman əsgərliyə gedir? RƏSMİ CAVAB
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ali təhsilini davam etdirən bir çox gəncin əsas üstünlüklərindən biri də hərbi xidmətə çağırışdan qanuni möhlət hüququna sahib olmalarıdır. Lakin bəzi hallarda tələbələr ali məktəbdən müxtəlif səbəblərlə, məsələn, akademik borclar, intizam pozuntuları və ya şəxsi qərar əsasında xaric edilirlər.
Həmin şəxslərin nə zaman hərbi xidmətə çağırılması isə qanunla tənzimlənir.
Modern.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirib ki, bu nəsələ Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 21.5-ci maddəsində öz əksini tapıb.
Qanuna əsasən, ali təhsil müəssisəsindən xaric edilmiş şəxslər 6 ay müddətində yenidən bərpa olunmadıqları halda, onlar çağırışa möhlət hüququnu itirirlər. Nəticə etibarilə, həmin şəxslər ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Bu səbəbdən ali məktəbdən xaric olunan tələbələr möhlət hüququnu qorumaq istəyirlərsə, müəyyən olunmuş 6 ay ərzində yenidən təhsilə bərpa olunmalıdırlar. Əks halda, hərbi xidmətə cəlb olunmaları qanunvericiliyə uyğun şəkildə həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 02 İyun 2025 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















