Universitetdən xaric olundu, hərbi xidmətə çağırılacaq? RƏSMİ CAVAB
Icma.az bildirir, Azxeber.com portalına istinadən.
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbəsinin universitetdən xaric edilməsi barədə qərar qəbul olunub.
Bir tələbənin universitetdən xaric edilməsi, xüsusilə oğlan tələbədirsə, onun təhsil həyatına təsiri ilə yanaşı, hərbi xidmət məsələsini də gündəmə gətirir.
Maraqlıdır, ali təhsil müəssisəsindən xaric edilən tələbənin hərbi xidmətə çağırılması məsələsi qanunvericiliklə necə tənzimlənir?
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirib ki, ali təhsil müəssisəsindən xaric edilən tələbələrin hərbi xidmətə çağırılması ilə bağlı qanunvericilikdə müəyyən müddəalar nəzərdə tutulub:
"Qanunvericiliyə görə, ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay ərzində ali təhsil müəssisələrinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirir və ümumi əsaslarla çağırışa cəlb olunurlar”.
Fəridə Əsədzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 17 Sentyabr 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















