Icma.az
close
up
RU
Universitetə qəbul qaydalarında dəyişiklik ola bilər Vacib təklif

Universitetə qəbul qaydalarında dəyişiklik ola bilər Vacib təklif

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycanda şagirdlərə verilən attestatların praktiki dəyəri müzakirə obyektinə çevrilib. Bildirilir ki, ali məktəblərə qəbul zamanı əsas göstərici buraxılış imtahanlarının və qəbul balının nəticələri hesab olunduğuna görə bu sənədə ehtiyac yoxdur. Digər tərəfdən, attestat üçün ödəniş tələb olunmasa belə, təhsil müəssisələrində qeyri-qanuni “şirinlik” alanlar kifayət qədərdir.

Attestat ləğv edilməlidirmi? Bu sənədin olması bizə nə qazandırır?

Globalinfo.az-a danışan təhsil eksperti Sona Əliyeva deyib ki, bu sənəd şagirdin 11 illik orta təhsil kursunu tamamladığını və müvafiq biliklərə yiyələndiyini təsdiqləyən rəsmi sənəd sayılır:

“Son illərdə attestatın real praktik əhəmiyyəti ciddi şəkildə azalıb. Çünki ali təhsil müəssisələrinə qəbul prosesi yalnız buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən həyata keçirilir. Əksər hallarda attestat sadəcə arxiv sənədi funksiyası daşıyır. Qeyri-rəsmi ödənişlərə gəldikdə isə bu, etik və hüquqi prinsiplərə ziddir, təhsil sisteminə olan inamı zəiflədir. Lakin attestatın tam ləğvi əvəzinə, onun strukturunun və funksiyasının yenidən nəzərdən keçirilməsi daha məqsədəuyğundur”.

Sona Əliyeva

Ekspert bildirib ki, attestatda şagirdin iştirak etdiyi layihələr, sosial fəaliyyətlər və əlavə bacarıqları da əks olunmalıdır:

Attestatın göstəriciləri ali məktəbə qəbulda məsələn, 5-10 faiz təsir göstərə və ya buraxılış imtahanlarının nəticələri burada qeyd olunaraq qəbulda nəzərə alına bilər. Bu da məktəbdəki davamiyyət və təlimin keyfiyyətinə marağı artırar. Ümumiyyətlə, qiymətləndirmə və attestatlaşdırma prosesində vahid və şəffaf meyarlar müəyyənləşdirilməli, müəllim subyektivliyi minimuma endirilməlidir”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 İyun 2025 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see318

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see256

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see218

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see213

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see197

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see184

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see176

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see173

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see153

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see152

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see151

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri