Icma.az
close
up
RU
“Universitetə qəbul 2 3 fənlə olmalıdır YENİ TƏKLİF

“Universitetə qəbul 2 3 fənlə olmalıdır YENİ TƏKLİF

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Son günlərdə qəbul imtahanlarına informatika, tarix fənni kimi fənlərin də əlavə olunacağı barədə sosial platformalardan məlumatlar paylaşıldı. Düzdür, bu rəsmi məlumat deyil, amma sosial platformalarda bunun müzakirəsi getdi. Bununla bağlı mən özüm kiçik bir araşdırma apardım. Yəni digər inkişaf etmiş ölkələrdə universitetlərə qəbul imtahanı hansı formada olur, onu araşdırdım. Həqiqətən də, əksəriyyətində imtahanlar ya iki-üç fənn üzərindən və yaxud da attestat, xüsusi diplomlar vasitəsilə həyata keçirilir".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Ramin Nurəliyev 11 illik buraxılış imtahanına tarix və informatika fənninin salınacağı ilə bağlı paylaşılan məlumatlardan danışarkən bildirdi.

"Bizdə bu proses günü-gündən çətinləşdirilir. Mövcud qəbul imtahanı həddən artıq çətindir. Yəni mövcud qəbul imtahanında beş və bəzi ixtisas qrupu üzrə altı fəndən abituriyent qəbul imtahanı verir. Biz imtahanları asanlaşdırmağa çalışmalıyıq, çətinləşdirməyə çalışmamalıyıq.

Müəllimlər üçün sertifikasiya imtahanı keçirilir. İllərlə öz ixtisası üzrə tədris prosesini həyata keçirən bir müəllim sertifikasiya imtahanından əgər müsbət nəticə ala bilmirsə, fəaliyyətinə xitam verilir. Yəni bunun adı müəllimdir. Biz 10-11-ci sinif abituriyentinə altı fəndən bütün tədris prosesini yükləyirik və ondan imtahan edirik. Bir fəndən müəllimə 1 il vaxt ayrılmasına baxmayaraq o kəsilir. Amma biz 11-ci sinif şagirdindən altı fənndən imtahan verməsini, qəbul imtahanında nəticə istəyirik. Bu həqiqətən də biabırçı bir vəziyyət deyilmi?", - deyə o vurğuladı.

Müsahibimizin sözlərinə görə, dünyada universitetlərə qəbul olmaq asandır, bizdə isə universitetlərə qəbul olmaq çətinləşib:

"Dünyada universitetləri bitirmək çətin, bizdə universiteti bitirmək asandır. Niyə? Çünki yuxarı sinif şagirdi altı fəndən universitetə hazırlaşır, tam yorğun, stresli bir vəziyyətdə. Martda qeydiyyatlar başlayır: buraxılış imtahanı başlayır, blok imtahanının birinci cəhdi, ikinci cəhdi, bəziləri qabiliyyət imtahanı verir, rus bölməsi dövlət dili - Azərbaycan dili imtahanı verir. İmtahan, imtahan, imtahan, imtahan. Avqust ayında ixtisas seçimi olur. Bir ay da seçim stresi - görəsən hara qəbul olacam? Gəldi sentyabr. Sentyabrda da universitetə qeydiyyat və universitet başladı. Bu ağır yüklə hazırlaşan abituriyent nə zaman istirahət etməlidir? Həqiqətən də, ondan sonra da universitet başlayır və bizim gəncimiz artıq universitetdə yorğun halda dərslərə başladığı üçün biganə yanaşır".

Ekspert hesab edir ki, bizim universitetlərdə tədris prosesi istənilən, arzuolunan səviyyədə deyil.

"Bir neçə universitetimizi çıxmaq şərtilə, bizim gənclərimiz universitetdə kifayət qədər öz ixtisası üzrə kadr kimi yetişmirlər, formalaşmırlar. Biz universitetdə olan təhsilə, universitetdə olan təcrübə proqramına fokuslanmalıyıq. Amma biz tutmuşuq, universitetə qəbul imtahanının sayını artıraq: informatika lazımdır, informatikanı əlavə edək; tarix öz tariximizdir, tarixi əlavə edək. Fənn əlavə edəndə şagird professormu olacaq?

Azərbaycan tarixi - bəli, öz tariximizdir, öz tariximizi hər kəs bilməlidir. Bəs biz orta məktəbdə bu tarixi niyə keçirik? Orada öyrənirik də. Burada müəyyən fənləri saxlamaq, iki-üç fəndən universitetə qəbul prosesini həyata keçirmək lazımdır. Uşaq qəbul olandan sonra uşağın öz ixtisası üzrə kadr kimi yetişməsini universitetdə təmin etmək lazımdır. Yəni mən bunu belə düşünürəm. Həqiqətən də, təhsili inkişaf etmiş ölkələrə baxdığımız təqdirdə bunun real nümunələrini görə bilərik", - deyə R.Nurəliyev yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Dekabr 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri