Icma.az
close
up
RU
Azərbaycanda özəl universitetlər hələ tam olaraq özünü doğrultmayıb EKSPERT FİKRİ

Azərbaycanda özəl universitetlər hələ tam olaraq özünü doğrultmayıb EKSPERT FİKRİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Dünyanın bir çox ölkələrində əslində ən yaxşı təhsil özəl universitetlərdə olur". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.

O bildirib ki, bizdə isə özəl universitetlərə qəbul ilə bağlı tərəddüdlər var: "Əvvəllər özəl universitetlərdə qiymətlər çox yüksək idi. Son dövrlərdə isə bu qiymətlərdə müəyyən dəyişikliklər baş verib. Bəzi özəl universitetlərdə qiymətlər hələ də yüksək olaraq qalır, amma əksər ixtisaslarda dövlətlə bərabərləşib.

Maddi ödəniş baxımından problem olmasa da, yenə də güvən məsələsi var. Bilirsiniz, bizdə elə bir düşüncə formalaşıb ki, sanki özəl universitetlər etibarsız ola bilər. Çünki vaxtilə bəzi özəl universitetlər qeyri-qanuni yollarla fəaliyyət göstəriblər. İmtahansız tələbə qəbulu, tələbənin universitetə getmədən qiymət alması kimi hallar olub. Bu hallar üzə çıxandan sonra həmin universitetlərin diplomları tanınmadı. Həm də son vaxtlar bəzi özəl universitetlərin bağlanması daha aktual mövzuya çevrilib. Belə bir fikir formalaşıb ki, əgər özəl universitet bağlanarsa, diplom ala bilmərəm. Amma bu, doğru deyil.

Əgər şəxs Dövlət İmtahan Mərkəzinin xətti ilə qəbul olunubsa, universitet bağlansa belə, həmin ixtisasa uyğun alternativ bir universitetə köçürülür. Əgər həmin ixtisas başqa universitetdə yoxdursa, oxşar ixtisasa yönləndirilir. Çünki qəbul Dövlət İmtahan Mərkəzi vasitəsilə aparılıb.

Statistikaya nəzər salsaq, çox az halda baş verir ki, kimsə yüksək bal toplasın və özəl universiteti seçsin. Əksər hallarda dövlət universitetinə qəbul olunmayan abituriyentlər özəl universitetə müraciət edirlər. Bu isə müəyyən qədər problemli məsələdir. Mən düşünürəm ki, bu, həm özəl universitetlərin təhsil keyfiyyətinin aşağı olması, həm də düzgün və güclü təbliğat aparılmaması ilə əlaqədardır. Təbliğat daha məqsədyönlü, alternativli ola bilərdi".

"Eyni zamanda, özəl universitetlərdə təhsilin keyfiyyəti artırılmalı, resurslar daha yüksək səviyyəyə çatdırılmalıdır. Təbii ki, bu fikirlər bütün özəl universitetlərə aid deyil. Bizdə elə özəl universitetlər var ki, onların maddi-texniki bazası və resursları bəzi dövlət universitetlərindən daha güclüdür. Sadəcə, ümumi cəmiyyət rəyində belə bir fikir formalaşıb ki, özəl universitetlərin çatışmazlıqları var. Yəni, Azərbaycan cəmiyyətində özəl universitetlər hələ tam olaraq özünü doğrultmayıb. Bunun isə həm obyektiv, həm də subyektiv səbəbləri mövcuddur" - deyə o, əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Aprel 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see275

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see171

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see158

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see157

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see156

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri