Icma.az
close
up
RU
Universitetlər tələbələrini yataqxana ilə təmin edəcəkmi?

Universitetlər tələbələrini yataqxana ilə təmin edəcəkmi?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeni tədris ilinin başlanmasına 20 gün qalır. Artıq tələbələr şəhərə üz tutmağa, yaşamaq üçün özlərinə sığınacaq axtarmağa başlayırlar.

Qeyd edək ki, artıq qəbul imtahanlarının nəticələri açıqlanıb. Bu il ali məktəblərə daxil olan tələbələrin adları da bəllidir. Ancaq paytaxtda kirayə evlərin qiyməti bahadır. Bu da tələbələr üçün maddi çətinlik yaradır.

Bu zaman onlar təhsil aldığı ali təhsil müəssisəsinin yataqxanasında yer tapmağa çalışırlar. Bu da bir faktdır ki, uzun illərdir ali təhsil ocaqlarının yataqxanasında məcburi köçkünlər məskunlaşıb. Ancaq artıq bir müddətdir ki, məcburi köçkünlər tədricən öz doğma yurdlarına qayıdırlar.

Bu gün tələbələr hansı ali təhsil ocağının yataqxanasında özlərinə yer tapa bilərlər?

Məsələ ilə bağlı Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) mətbuat xidmətinin rəhbəri Elnarə Məmmədova “Cebheinfo.az”-a bildirib ki, universitetin nəzdində 5 yataqxana var:

“Ancaq həmin yataqxanalarda məcburi köçkünlər məskunlaşıb. Ona görə də tələbələrin istifadəsinə verə bilmirik. Məcburi köçkünlər öz doğma yurdlarına qayıtdıqdan sonra həmin yataqxanalar yenilərək tələbələrin istifadəsinə veriləcək. Ancaq hazırda elə bir imkan yoxdur”.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Kəmalə Namazova isə qeyd edib ki, BDU-nun “Tələbə evi” 220 nəfərlikdir və burada hər bir şərait var:

“Çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s. Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları və s. qəbul edilir. Yataqxanada ödəniş 75 manat təşkil edir. Yeni yataqxananın tikilməsi ilə bağlı dövlət-özəl əməkdaşlığı çərçivəsində müzakirələr davam edir”.

Azərbaycan Dövlət Pedoqoji Universitetinin mətbuat xidmətinin rəhbəsi Taleh Mirzəyev deyib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Bakı şəhərində 5 tələbə yataqxanası var:

“Lakin bu yataqxanalardan 4-də ümumilikdə 1 603 nəfərdən ibarət 443 məcburi köçkün ailəsi məskunlaşıb. ADPU-nun 5 nömrəli yataqxanası isə universitetdə təhsil alan qız tələbələrə xidmət göstərir.

Bu yataqxanada 200 nəfərədək xanım tələbə yerləşə bilər. Yataqxanada aylıq ödəniş bir tələbə üçün 85 manat təşkil edir. Burada tələbələr bütün kommunal, internet xidmətləri, istirahət otaqları və s. ilə təmin olunur. Bütün otaqlar tam təmirlidir. Yataqxanaya, əsasən, sosial həssas qrupdan olan və əcnəbi xanım tələbələr qəbul olunur”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Universitetlər yataqxana Elnarə Məmmədova Kəmalə Namazova Taleh Mirzəyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Avqust 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri