Icma.az
close
up
RU
Universitetlər subbakalavrları niyə istəmir?

Universitetlər subbakalavrları niyə istəmir?

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Bir neçə ildir ki, Azərbaycanda kolleci yüksək nəticələrlə bitirən məzunlar ali məktəblərin eyni ixtisaslarına (kollecdəki ixtisasın eyni) Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarını vermədən qəbul oluna bilirlər. Yüksək texniki peşə təhsilini bitirən şəxslərə də subbakalavr ixtisas dərəcəsinin verilməsi bu çevrəni daha da genişləndirib. Həm kollec, həm yüksək peşə təhsili məzunlarının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul hüququnun təsbit olunması təhsildə fasiləsizliyin təmin edilməsi və ali təhsilin hamı üçün əlçatan olması baxımından təqdirəlayiq hal kimi dəyərləndirilir.

Hazırda subbakalavrların ali təhsil müəssisələrinə qəbul qaydalarında hər hansı problem yoxdur. Amma ali təhsil müəssisələrinin subbakalavrların imtahansız qəbulu və universitetləri "zəbt" etmələri ilə bağlı etirazları eşidilməkdədir. Məsələn, təkcə ötən tədris ilində 5000-dən çox subbakalavr ali məktəbə imtahansız qəbul olub.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Subbakalavrların çoxu işləyir, dərsə gəlmir. Həmçinin, təlim prosesində onlardan nəticə əldə etmək çox çətin olur. Subbakalavrların sayı çox olduqda ali məktəblər şikayət edir", - deyə DİM sədri bu yaxınlarda keçirdiyi mətbuat konfransında bildirib. Yəni ali məktəblər subbakalavr məzunlarını tədris prosesinə inteqrasiya etməkdə çətinlik çəkirlər.

Tələbə sayını artırmaq üçün

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı məsələyə dünya təcrübəsi nümunəsindən yanaşır. Onun sözlərinə görə, subbakalavrlarla bağlı digər ölkələrdə də belə ənənə var: "ABŞ-də "icma kollecləri" çox geniş yayılıb. İki illik təhsillə ayrıca fəaliyyət göstərirlər. Türkiyədə "yüksək məslək okullar"ı (yüksək peşə məktəbləri) deyilir. Türkiyənin bütün universitetlərinin nəzdində ikiillik məktəblərdə yüksək məslək sahiblərini hazırlayırlar".

H.İsaxanlı bildirir ki, Azərbaycanda sovet dövründə texnikumlar fəaliyyət göstərsə də, sonra ləğv olunub və yeniləri qurulmayıb: "Sonralar Elm və Təhsil Nazirliyi "universitetlər istəsələr, götürə bilərlər ki, onlarda sənət məktəbləri olsun", - deyə ali məktəblərə təklif etdi. Yadımdadır ki, mən bu təklifin əleyhinə oldum. Çünki o, əslində sənət məktəblərinin məhv edilməsi deməkdir. Onlar ayrıca olanda o tələbələri müxtəlif sənət sahibləri kimi hazırlamaq olurdu. Ali məktəblərə onlar zəif tələbə kimi gəldilər. Digər tərəfdən, bu, ali məktəblərdə tələbələrin sayını artırmaq məqsədi daşıyırdı. Mən bunu iflas sayıram. Bu, Azərbaycanda peşə təhsilinə faktiki zərbə vurdu, ali məktəblərə də keyfiyyətsiz tələbə verdi. Buna görə də Xəzər Universiteti kənarda durdu. "Tələbə sayını magistratura, doktorantura, elmi tədqiqatla artırarıq", - dedim".

Ya distant, ya da qiyabi oxumaq istəyirlər

Universitet müəllimi Osman Hacıyevin fikrincə, ali təhsil müəssisələri subbakalavrları ona görə istəmirlər ki, onlar dərsə gəlmir, işləmək istəyirlər: "Təklifləri də bundan ibarətdir ki, onlara ali təhsil almaqlarından ötrü ya distant, ya da qiyabi şərait yaradılsın".

O.Hacıyev bildirir ki, digər tərəfdən, ali təhsil müəssisələri bakalavrlarsız iş proseslərini tam şəkildə qura bilməzlər: "Xüsusilə də regionda olan ali təhsil müəssisələri büdcələrini subbakalavrların ödədiyi maliyyə ilə doldururlar. Bu baxımdan, bir tərəfdən onların gəlməsinə maraqlı olmasalar da, digər tərəfdən ali təhsil müəssisələrində yaranacaq maliyyə sıxıntısı haqqında düşünməlidirlər".

"Xüsusən regional kolleclərdə təhsilin səviyyəsi aşağıdır"

Təhsil məsələləri üzrə ekspert İlham Əhmədov bildirir ki, subbakalavrların universitetlərə imtahansız qəbulu bir çox ölkələrdə var. Bizdə də uzun müddətlik müzakirələrdən sonra, nəhayət belə bir qərar qəbul olunub: "Amma subbakalavrlar universitetə qəbula gələndə səviyyələri çox vaxt gözlənilən kimi olmur. Əvvəla, onların əksəriyyəti kolleclərə aşağı balla qəbul olurlar. Xüsusən regional kolleclərdə təhsilin səviyyəsi aşağıdır. Elə Bakı kolleclərində də problemlər var. Bəzi kollec tələbələri işləyirlər, adları dərsdə getsə də, davamiyyətdə zəifdirlər, bu da keyfiyyətə mənfi təsir edir. Digər qrup tələbələr reallıqda zəif olsalar da, hansısa yollarla fərqlənmə diplomu ala bilirlər. Bu tələbələr sonra da universitetlərə imtahansız qəbul olurlar. Düzdür, aralarında güclü tələbələr də olur, amma əksəriyyətinin bilik səviyyəsi zəifdir. Bu, auditoriyada da hiss olunur: 11-ci sinfi bitirib gələn tələbələrlə subbakalavrlar arasında fərq olur".

Ekspert hesab edir ki, subbakalavrların ali məktəblərə imtahansız qəbulunu ləğv etməklə heç nə dəyişməyəcək: "Söhbət ümumən təhsil sistemində keyfiyyətin yüksəlməsindən, davamiyyətin təmin edilməsindən, qiymətlərin obyektiv verilməsindən, bir sözlə, qanunların işləməsindən getməlidir. Guya subbakalavrlar imtahansız qəbul olunana qədər universitetlərdə hər şey yaxşı idimi? 100-120 balla tələbə qəbul edirdik. İndi də aşağı balla tələbə qəbulu həyata keçirilir. Yəni təhsildə sistemli problemlər var. Qəbul planı artır, lap yaxşı, demək təhsil əlçatan olur, amma ali məktəbə gələnin də səviyyəsi olmalıdır. Məktəblər öz fəaliyyətlərini gücləndirməlidirlər. Hamı bilir ki, bu gün repetitorluq, kölgə təhsili məktəbləri iflic vəziyyətə salıb. Hansısa bir kiçik problemi üzə çıxarıb həll eləməklə təhsil sistemi dirçəlməyəcək. Məsələlər köklü, dərindən və kompleks həll olunmalıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Sentyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri