Universitetlərdə gender bərabərliyi ilə bağlı fənn tədris ediləcək
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Ali təhsilin bakalavriat və magistratura səviyyələrində müvafiq ixtisasların təhsil proqramlarına gender bərabərliyinin tədrisi ilə bağlı fənlər və ya mövzular daxil ediləcək.
Bakıvaxtı.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.
Sənədə əsasən, gender bərabərliyi ilə bağlı məsələləri özündə ehtiva edən seçmə fənlərin məzmununun müəyyən olunması, təhsil proqramlarına gender bərabərliyinin tədrisi ilə bağlı daxil edilmiş seçmə fənlərə aid tədris proqramlarının və dərsliklərin hazırlanması və təhsil proqramlarına gender bərabərliyinin tədrisi ilə bağlı seçmə fənlər üzrə aparılan tədrisin müntəzəm olaraq monitorinqi və qiymətləndirməsi planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 29 Dekabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















