Icma.az
close
up
RU
Universitetlərdə yeni fənn tədris oluna bilər AÇIQLAMA

Universitetlərdə yeni fənn tədris oluna bilər AÇIQLAMA

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Baş prokuror Kamran Əliyevin ali təhsil müəssisələrində kriminalistika fənninin seçmə fənn olması haqqında açıqlaması özlüyündə bir çox suallar meydana gətirib. Bu fənn gələcəkdə prokurorluqda işə başlayan şəxslər üşün vacib hesab edilir. Fənn seçmə olduğu üçün tələbələrin çoxu imtina edir və bu yanaşma gələcəkdə peşəkar işə ciddi təsir göstərir. Kriminalistika bacarığının zəif olması araşdırma prosesini ləngidir. 
Problemlə bağlı vəkil Turan Abdullazadə Demokrat.az-a bildirib ki, mövzu çox yerində qaldırılıb:
"Hüquq fakültələrində oxuyan və gələcəkdə prokurorluq, istintaq, əməliyyat-axtarış sahəsində işləməsi ehtimal olunan tələbələr üçün kriminalistikanın seçmə fənn olması kifayət qədər risklidir. Çünki kriminalistika sadəcə nəzəri fənn deyil, həm də peşə alətidir. Kriminalistik taktika və texnika olmadan istintaqçı faktı necə toplamalı, sübutu necə möhkəmləndirməli, izləri necə qoruyub dəyərləndirməli olduğunu sistemli şəkildə öyrənə bilmir.".
O deyib ki, səhv ediləndə nəticəsi geri dönülməz ola bilər:
"Bu baxımdan xüsusilə hüquq fakültələrində kriminalistika əsas ixtisas fənni kimi məcburi tədris olunmalıdır. Heç olmasa, ümumi kriminalistika, kriminalistik taktikanın əsasları, sübutlarla işləmə metodikası minimum baza kimi hər kəsə verilməlidir. Kriminalistik taktika barədə savadsızlıq cinayət işlərinin açılmasına birbaşa və ciddi şəkildə təsir edir. Bunların çoxu qanun bilməməkdən yox, məhz kriminalistik düşüncə formalaşmadığından baş verir".
Vəkilin sözlərinə görə, kriminalistik savadsızlıq hadisə yerinə düzgün baxış keçirilməməsi, sübutların itirilməsi və ya hüquqi qüvvəsinin zəifləməsi, dindirilmə istintaq hərəkəti zamanı taktiki səhvlər, cinayətin düzgün kvalifikasiyasının, tövsifinin verilməməsi, işin uzanması və ya ümumiyyətlə cinayət işinin dağılmasına səbəb ola bilər.
"Təkcə fənni məcburi etmək yetərli deyil. Əgər, dərs sırf nəzəri keçilirsə, real iş materialları, situasiya analizləri yoxdursa, müəllim praktiki metodologiyadan istifadə etmirsə onda fənn məcburi olsa belə, effekt zəif olacaq. Yəni problem həm də bu fənnin necə tədris olunmasındadır.
Nəticə olaraq, kriminalistika xüsusilə istintaq və prokurorluq istiqamətində karyera planlayanlar üçün alternativsizdir. Bu sahədə savadsızlıq real olaraq cinayətlərin açılmasına, sübutların toplanmasına və ədalətin bərqərar olmasına mane olur".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Fevral 2026 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri