Icma.az
close
up
RU
“Universitetlərimizin hansısa reytinqdə yüksəlməsi inkişaf demək deyil…” EKSPERT

“Universitetlərimizin hansısa reytinqdə yüksəlməsi inkişaf demək deyil…” EKSPERT

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Əgər akkreditasiya zəif, amma reytinq yüksəkdirsə, onda problem universitetdə deyil, ölçmə sistemlərinin uyğunsuzluğundadır...”

“Yanlış siqnallar ötürülür.  Cəmiyyət düşünür ki, universitet inkişaf edir, amma daxildə keyfiyyət problemi qalmaqdadır…”

““Reytinq audit sistemi” yaradılmalıdır. “QS” nəticələri yoxlanmalıdır ki, bu real məlumatlarla uyğundurmu, süni şişirtmələr varmı?..”

Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “ “QS” reytinqləri və milli akkreditasiya…” başlıqlı növbəti analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:

Elm və Təhsil Nazirliyinin akkreditasiyasından güclə keçən universitetlər də bəzən “QS” reytinqində asanlıqla "irəliləyirlər".  QS” Reytinq Agentliyi də, deyəsən, ETN-nin RTİ (Regional Təhsil İdarəsi) olub (Avropa regionu üzrə)…

Fərasətə baxın bir!..

Gəlin bu məsələyə diqqət yetirək.  ETN tətbiq etdiyi akkreditasiya meyarları və qlobal reytinq agentlikləŕinin tətbiq etdiyi meyarlar çox vaxt metodoloji ziddiyyət yaradır. Son illərdə Azərbaycan ali təhsilində maraqlı bir paradoks müşahidə olunur: ETN  tərəfindən akkreditasiyadan çətinliklə keçən bəzi universitetlər, eyni vaxtda "QS World University Rankings" siyahılarında nisbətən asanlıqla “irəliləyir”. Bu ziddiyyət təsadüfi deyil. Problem metodologiyaların fərqli olmasından və yerli idarəetmə ilə qlobal reputasiya alətlərinin uyğunsuzluğundan qaynaqlanır.

1. İKİ FƏRQLİ ÖLÇMƏ SİSTEMİ… 

a. Milli akkreditasiya nəyi ölçür?..

ETN-in akkreditasiyası əsasən klassik universitet meyarlarına əsaslanır, yəni tədris proqramlarının uyğunluğu, müəllim heyətinin keyfiyyəti, infrastruktur və idarəetmə, hüquqi və normativ uyğunluq v.s. fərqlidir. Yəni akkreditasiyada fokuslanma sualı  “Universitet real olaraq necə işləyir?”  kimidir.

b. QS reytinqi nəyi ölçür?..

"QS World University Rankings" əsasən bu indikatorlara baxır: akademik reputasiya (sorğular), işəgötürən reputasiyası, sitat göstəriciləri, beynəlxalqlaşma v.s.  Yəni fokuslanma sualı isə  “Universitet qlobal məkanda necə görünür?” kimidir…

2. PARADOKSUN ƏSAS SƏBƏBİ

Bu vəziyyətin mahiyyətini bir cümlə ilə ifadə etsək, akkreditasiya – reallığı ölçür, QS isə imici ölçür.

3. “ASAN İRƏLİLƏMƏ” NİYƏ MÜMKÜNDÜR?..

a. Reputasiya manipulyasiyası edilir.  “QS” sistemində sorğu əsaslı reputasiya böyük paya malikdir, bu isə şəbəkələşmə, marketinq, akademik əlaqələr vasitəsilə formalaşa bilər…

b. Məqalə sayının optimallaşdırma amili: müəyyən sahələrdə kütləvi nəşr, süni sitat şəbəkələri, reytinq naminə nəşr strategiyası.

c. Beynəlxalqlaşma indikatorlarının “asanlaşması”.  Xarici tələbələrin statistik artırılması, formal əməkdaşlıqlar v.s.  

Beləliklə, universitet real keyfiyyəti dəyişmədən reytinqdə yüksələ bilir.

4. “QS  Agentliyi ETN-nin Avropa regionu üzrə RTİ (Regional Təhsil İdarəsi ) olubmu?

Bu müqayisənin müəyyən əsası var… “QS” qlobal reputasiya alətidir. ETN isə  daxili keyfiyyət nəzarəti funksiyasını icra edir. Problem isə bundadır ki, bu iki sistem sinxron deyil, bəzən bir-birinə zidd işləyir. Çünki məqsədlər fərqlidir. “QS” kommersiya qurumudur, pullu məsləhət verir, müştərinin daxili bazardakı maraqlarını nəzərə alır.

5. STRATEJİ RİSKLƏR…

a. Yanlış siqnallar ötürülür.  Cəmiyyət düşünür ki, universitet inkişaf edir, amma daxildə keyfiyyət problemi qalmaqdadır… 

b. Resursların yanlış istiqamətləndirilməsi ehtimalı yaranır. ETN real islahatlar əvəzinə reytinqdə  yüksəlmə barədə düşünür…

c.  Akademik deqradasiya riski yaranır. Belə ki  bu halda formal göstəricilər real təhsili əvəz edir… 

6. BEYNƏLXALQ PRAKTİKA NƏ DEYİR?..

İnkişaf etmiş ölkələrdə  reytinqlər yalnız “benchmarking” alətidir, əsas qərarlar milli keyfiyyət sistemlərinə əsaslanır. Yəni “QS” heç vaxt akkreditasiyanın alternativi ola bilməz.

7. AZƏRBAYCAN ÜÇÜN HƏLL MODELİ...

a. İnteqrasiya olunmuş qiymətləndirmə sisteminin yaradılması. Yeni modeldə 50% milli akkreditasiya, 30%  tədqiqat və innovasiya, 20% beynəlxalq reytinqlərin olması məqsədəuyğundur.

b. “Reytinq audit sistemi” yaradılmalıdır. “QS” nəticələri yoxlanmalıdır ki, bu real məlumatlarla uyğundurmu, süni şişirtmələr varmı?..

c. Universitetlər üçün “KPI” sistemi yaradılmalı və tətbiq edilməlidir. Bu zaman məzun məşğulluğu, sənaye ilə əməkdaşlıq, real tədqiqat nəticələri kimi amillər  nəzərə alınmalıdır.

d. “Reputasiya yox, nəticə” siyasəti reallaşmalıdır. 

PHŞ olan universitetlərə hökmən dövlət dəstəyi  olmalıdır. Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi  və ETN-nin bu məsələyə yanaşması kökündən dəyişməlidir.  Universitetlərə dövlət dəstəyi real təsirə görə verilməlidir. 

Ölkədə universitetlərə yönəli qrant siyasəti formalaşmalıdır.  ETN büdcəsinin 5 % şəffaflıq qorunmaqla (bu çox mühümdür),  universitetlərə qrant kimi  verilməlidir. 

Mövcud vəziyyət göstərir ki,  Azərbaycan ali təhsilində iki paralel reallıq mövcuddur: daxili zəiflik və zahiri görünən irəliləyiş ("pokazuxa"). Bu isə uzun müddətli dövrdə aldadıcı və çox  təhlükəlidir.

Reytinqdə yüksəlmək, inkişaf demək deyil. İnkişaf isə sistemin real keyfiyyətinin artmasıdır…

Əgər akkreditasiya zəif, amma reytinq yüksəkdirsə, onda problem universitetdə deyil, ölçmə sistemlərinin uyğunsuzluğundadır...

Müəllif: dosent İlham Əhmədov”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://moderator.az
archiveBu xəbər 31 Mart 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see318

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see313

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see302

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see277

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see274

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see268

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see258

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see245

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see237

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see231

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see231

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see231

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see226

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see221

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see221

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see208

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see207

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see206

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri