Icma.az
close
up
RU
“University Demo Day” Gənc sahibkarlar üçün yeni imkanlar!

“University Demo Day” Gənc sahibkarlar üçün yeni imkanlar!

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

7 fevral 2025-ci il tarixində SABAH.academy platforması çərçivəsində sayca üçüncü “University Demo Day” tədbiri keçirilib.

Bu tədbir tələbələrin sahibkarlıq bacarıqlarını inkişaf etdirməsi, biznes ideyalarını geniş auditoriya qarşısında təqdim etməsi və innovasiya mühitində mövqelərini gücləndirməsi üçün yaradılmış platformadır. Artıq ənənəyə çevrilən “University Demo Day” gənclərin innovativ təşəbbüslərini reallaşdırmaq üçün əhəmiyyətli imkanlar yaradır.

Bu ilki tədbirdə 7 universitetdən 16 komanda iştirak etdi: Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qrupları (UNEC SABAH), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin SABAH qrupları (ADNSU SABAH), Bakı Ali Neft Məktəbi (BANM), Bakı Mühəndislik Universiteti (BMU) və Sumqayıt Dövlət Universiteti (SDU). İştirakçılar “Sahibkarlığa giriş”“Dizayn yanaşması ilə sahibkarlıq və yeni biznesin inkişafı” proqramlarının məzunlarıdır. Tədbirin əsas məqsədi tələbələri real biznes mühitinə hazırlamaq, innovasiya ekosistemində aktiv iştirak etməyə təşviq etmək və onlara sahibkarlıq sahəsində dəyərli təcrübə qazandırmaqdır.

SABAH.HUB İnnovasiya Mərkəzinin çətiri altında fəaliyyət göstərən SABAH.academy, sahibkarlıq sahəsində keyfiyyətli və əlçatan təhsil təqdim etməyi hədəfləyir. İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə akademiya VİVEKA və Orta Doğu Texniki Universiteti (ODTÜ) ilə əməkdaşlıq çərçivəsində sahibkarlıq proqramlarını genişləndirib. Bundan əlavə, Sumqayıt Dövlət Universiteti və Bakı Ali Neft Məktəbində MBA səviyyəli proqramlar həyata keçirilir. Bu günə qədər SABAH.academy-nin müxtəlif sahibkarlıq proqramlarından 2900-dən artıq tələbə yararlanıb.

Builki “University Demo Day” gənclər üçün yalnız biznes ideyalarını təqdim etmək imkanı deyil, həm də innovasiya ekosistemindəki investorlar və ekspertlərdən dəyərli rəy və dəstək almaq şansı verdi. Təqdimatlar zamanı iştirakçılar layihələrinin əsas üstünlüklərini vurğuladı, bazar potensialını izah etdi və münsiflər heyətinin suallarına cavab verərək startaplarının inkişaf perspektivlərini nümayiş etdirdi.

Münsiflər heyətinin qiymətləndirməsinə əsasən üç ən yaxşı komanda qalib elan olundu: 

1-ci yer: “Harmonic Hub” komandası (Bakı Dövlət Universiteti);

2-ci yer: “Rootect” komandası (Bakı Ali Neft Məktəbi);

3-cü yer: “Piezodrive” komandası (Azərbaycan Dövlət Neft Sənaye universiteti, SABAH qruplari).

Münsiflər layihələri innovativlik, bazar perspektivi və təqdimat keyfiyyətinə görə dəyərləndirdi. Qalib komandalar SABAH.academy tərəfindən xüsusi mükafatlar, həmçinin “Div Academy” və “Fikir” co-working məkanından təhsil təqaüdləri qazandılar.

“University Demo Day” sahibkarlığa maraq göstərən tələbələr üçün əhəmiyyətli platformaya çevrilib. Bu tədbir onların potensial investorlarla tanış olmasına, biznes ideyalarını təkmilləşdirməsinə və gələcək startaplarını inkişaf etdirməsinə real imkanlar yaradır.

SABAH.academy qarşıdakı illərdə də gənclərin sahibkarlıq sahəsində inkişafını dəstəkləməyə və ölkədə yeni biznes liderlərinin formalaşmasına töhfə verməyə davam edəcək.

Qeyd edək ki, SABAH.academy Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə SABAH.HUB çətri altında yaradılmış, Azərbaycan Respublikası Təhsil İnstitutu və beynəlxalq biznes məktəbi olan IE Biznes Məktəbi ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Akademiya sahibkarlıqla bağlı mürəkkəb bilikləri sadələşdirərək onları daha əlçatan edir. SABAH.academy platformasının fəaliyyəti ilə yaxından tanış olmaq və yeniliklərdən xəbərdar olmaq üçün www.sabahhub.com veb-saytına keçid edin.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Fevral 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri