Icma.az
close
up
RU
“Bolt Accelerator Demo Day” uğurla başa çatdı Fotolar

“Bolt Accelerator Demo Day” uğurla başa çatdı Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“Bolt Azərbaycan” və “SUP VC” əməkdaşlığı ilə həyata keçirilən “Bolt Accelerator” proqramının final mərhələsi olan “Demo Day” – final təqdimat günü uğurla keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, “Radisson Hotel”da baş tutan tədbirdə finalçı komandalar öz biznes ideyalarını münsiflər heyəti və geniş auditoriya qarşısında təqdim ediblər.

Tədbirdə ölkənin müxtəlif bölgələrindən olan sürücülər, kuryerlər, gənc sahibkarlar, startap həvəskarları, media nümayəndələri və investorlar iştirak edərək innovativ layihələrlə yaxından tanış olublar. “Demo Day” iştirakçılar üçün həm ideyalarını nümayiş etdirmək, həm də yeni əməkdaşlıqlar qurmaq baxımından mühüm platforma rolunu oynayıb.

“Bolt Azərbaycan”ın Əməliyyatlar meneceri Ramil Məhərrəmov bildirib: “Bolt Accelerator” proqramı ilə məqsədimiz sürücü və kuryer icmasını iqtisadi cəhətdən gücləndirmək, onların sahibkarlıq potensialını üzə çıxarmaqdır. “Demo Day” göstərdi ki, Azərbaycanda innovativ ideyalar və təşəbbüskar ruh güclüdür.”

Tədbirin gedişi

“Demo Day” proqramı qeydiyyat və şəbəkələşmə sessiyası ilə başlayıb. Ardınca “Bolt” və “SUP VC” nümayəndələrinin açılış nitqləri səsləndirilib, proqramın mərhələləri və nəticələri təqdim olunub.

Daha sonra 20 finalçı komanda iki hissə üzrə çıxış edərək urban mobillik, logistika, “EdTech” ( təhsili texnologiya vasitəsilə daha effektiv, əlçatan və innovativ edən həllər və platformalar) və sosial təsir sahələrini əhatə edən biznes ideyalarını təqdim ediblər. Çıxışlardan sonra münsiflər heyəti məsləhətləşmə apararaq qalibləri müəyyən edib.

Münsiflər heyətinə “Bolt”un Əməliyyatlar üzrə Baş meneceri Ramil Məhərrəmov, Əməliyyatlar üzrə Baş meneceri Fərid Əbdulzadə, BMU Texnopark direktoru, Vüsal Süleymanlı və “Qafqaz Ventures” şirkətinin nümayəndəsi, Samir Hacıbəyli daxil olub.

Qaliblər və layihələr

Bu il Azərbaycanda keçirilən “Bolt Accelerator” proqramının ümumi mükafat fondu 36 500 AZN təşkil edib. Qalib layihələr aşağıdakılardır:

● 1-ci yer – Abdulla Bəşiroğlu / “Stride” lahiyyəsi - 10.000 AZN

- Fərdi müəllimlər üçün dərs, ödəniş və ünsiyyəti vahid platformada idarə edən ağıllı sistem

● 2-ci yer – Gülnar Kazımzadə / “Çöldəki Dayəm” - 7000 AZN

- Uşaqlar üçün təhlükəsiz taksi xidməti

● 3-cü yerlər - 4500 AZN:

- Mirhüseyn Cavadzadə / “YEDDİ” – kafe və restoranlarda gün sonu yeməklərə endirim platforması

- Şirin Allahyarov / “Yelləncəklər” – uşaq parklarını ağıllı və təhlükəsiz oyun məkanlarına çevirən həll

- Etibar Əliyev / “SƏS” – asılılıqla mübarizəyə yönəlmiş sosial dəstək platforması

● 4-cü yerlər - 3000 AZN:

- Vəfa Əsgərova / “Lady Drive” – qadınlar üçün taksi xidməti

- Vaqif Hüseynov / “CityCars” – avtomobil parklarını müştərilərlə birləşdirən platforma

“SUP VC”nin İcraçı Direktoru Rəşad Eyvazov bildirib: “Bolt Accelerator Demo Day” Azərbaycanda güclü ideyalar və böyük potensialın mövcud olduğunu bir daha göstərdi. “SUP VC” olaraq erkən mərhələli sahibkarları resurs, mentorluq və şəbəkə ilə dəstəkləyərək dayanıqlı bizneslərin formalaşmasına töhfə veririk. “Bolt” ilə əməkdaşlığımız innovasiya ekosisteminin inkişafına real dəyər qatır.”

1-ci yerin qalibi Abdulla Bəşiroğlu isə qeyd edib: “Bolt Accelerator” proqramı mənim üçün ideyanı real biznes modelinə çevirmək baxımından böyük imkan yaratdı. Aldığımız mentorluq, bilik və dəstək Stride layihəsinin gələcək inkişafı üçün möhkəm əsas oldu. Bu proqram gənc sahibkarlar üçün əvəzolunmaz təcrübədir.”

Proqram haqqında

“Bolt Accelerator” “Bolt”un qlobal Urban Fund təşəbbüsünün bir hissəsi olaraq həyata keçirilir və sürücü və kuryerlərin iqtisadi imkanlarının artırılmasına, innovativ biznes ideyalarının dəstəklənməsinə yönəlib. Proqram Nigeriya, Keniya, Qana, Cənubi Afrika və Avropada uğurla icra olunaraq 30-dan çox biznes ideyasının reallaşmasına dəstək verib.











Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Dekabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1437

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see712

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see566

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see489

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see478

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see467

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see450

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see415

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see398

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see353

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see320

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see305

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see300

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see296

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see291

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see288

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see274

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see272

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see272

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see271
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri