Icma.az
close
up
RU
University Foundation Courses məzunları üçün 11 ci buraxılış gecəsi təşkil edilib

University Foundation Courses məzunları üçün 11 ci buraxılış gecəsi təşkil edilib

Icma.az bildirir, Milli.az portalına istinadən.

Beynəlxalq Muğam Mərkəzində University Foundation Courses (UFC) Təhsil Mərkəzinin 11-ci buraxılış gecəsi keçirilib.

Dövlət himninin səslənməsi ilə başlanan UFC məzunlarının mukafatlandırma mərasiminə Birləşmiş Krallıq (Böyük Britaniya), Amerika Birləşmiş Ştatları, Fransa Respublikası, Belçika Krallığı, Çexiya Respublikası, Braziliya Federativ Respublikası, Mərakeş Krallığı, Meksika Birləşmiş Ştatları və İordaniya Haşimilər Krallığının səfirləri və ya səfirlik nümayəndələri, həmçinin dövlət rəsmiləri, millət vəkilləri, məktəb direktorları, müxtəlif universitetlərin rektorları və digər tanınmış şəxslər iştirak ediblər.

Mərasimdə çıxış edən UFC-nin təsisçisi və direktoru, fəlsəfə doktoru Reyhan Hüseynova məzunları və onların valideynlərini təbrik edib.

Direktor UFC-nin 11 il ərzində keçdiyi inkişaf yolundan və məzunların dünyanın nüfuzlu universitetlərinə qəbulundan bəhs edib: "UFC yalnız təhsil mərkəzi deyil, həm də gəncləri beynəlxalq arenaya hazırlayan strateji platformadır. Biz hər bir tələbənin uğur hekayəsini UFC-nin uğurunun bir hissəsi hesab edirik. Ümid edirik ki, məzunlar universitetdə aldıqları bilik və bacarıqlar sayəsində peşəkar karyera yolunda uğur qazanacaq. Bununla da ölkəmizin inkişafına, xalqımızın rifahına töhfələr verəcəklər. Ölkəmizdə elmə, təhsilə dövlətin diqqət və qayğısı mövcuddur. Azərbaycanda bütün sahələrdə olduğu kimi elm, təhsil sahəsində əldə olunan uğurlar sağlam gələcəyimizin qarantı olan gənc nəslin daha mütərəqqi biliklərə yiyələnməsi üçün bütün zəruri addımlar atılır. Məhz bunun nəticəsidir ki, azərbaycanlı gənclər dünyanın ən tanınmış universitetlərinə qəbullar qazanır və burada ölkəmizi böyük uğurla təmsil edir. Sözsüz ki, əsasi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğur və əzmlə davam etdirilir. Azərbaycanlı tələbələrin xaricdə təhsil ənənələrinə uyğun olaraq ardıcıl proqramlar icra edilir. Bu sahədə dövlət və özəl əməkdaşlığı ümumi məqsədə xidmət edir. Çünki bu sahəyə diqqətə yetirən hər kəs Azərbaycanın gələcəyinin sağlam düşüncəli, elmli, bilikli və dünyanın qabaqcıl texnoloji yeniliklərinə bələd olan gəncliyin çiyinləri üzərində olduğunun fərqindədir".

Fəlsəfə doktoru gənclərin hərtərəfli inkişafında, cəmiyyət həyatının bütün sahələrində aktiv roluna toxunub: "Təbii ki, cənab Prezident İlham Əliyev müasir dövlətçilik mexanizmləri prinsipləri üzərində gənc kadrların potensialına böyük üstünlük verir. Həmçinin birinci vitse-prezident Mehriban xanım Əliyev da öz növbəsində ölkəmizdə sağlam gəncliyinin formalaşmasına hər zaman diqqət və qayğı ilə yanaşır".

Sadalanıb ki, UFC Azərbaycanda Böyük Britaniyanın "Foundation" proqramı üzrə akkreditə olunmuş lizenziya alan ilk təhsil mərkəzidir. UFC-nin məqsədi xaricdə ali təhsil üzrə ixtisaslaşmış və dünyanın bir sıra təhsil müəssisələrinə qeydiyyatdan keçməyə kömək etməkdən ibarətdir. Burada əsas hədəf abituriyentlərin ixtisas və bacarıqlarını təkmilləşdirmək, xarici universitetlərdə təhsil prosesinə hazırlamaqdır. Sözsüz ki, bu da öz növbəsində onların dünyanın ən yaxşı universitetlərinə daxil olmaq şansı hesab edilir.

UFC Təhsil Mərkəzi gənclərin beynəlxalq təhsil imkanlarına çıxışını təmin edərək, onların qlobal vətəndaş kimi formalaşmasında mühüm rol oynamağa davam edir.

Tədbirdə çıxış edən natiqlər məzunları əlamətdar gün münasibətilə təbrik edib, gələcək karyera və həyatlarında uğurlar arzulayıblar. UFC-nin fəaliyyət göstərdiyi illərdə qazandığı uğurları, geniş beynəlxalq əlaqələri, məzunlarının yüksək bilik göstəriciləri haqqında danışıb, təhsil ocağının fəaliyyətini yüksək qiymətləndiriblər.

Tədbirin sonunda UFC-nin 2025-ci il məzunlarına diplomlar təqdim olunub. Məzunlar Böyük Britaniya, ABŞ, Fransa, Almaniya, Niderland, İtaliya, İspaniya, İsveçrə, Avstriya, Belçika, Macarıstan, Çexiya, Litva, BƏƏ, Rusiya və Azərbaycandakı nüfuzlu ali məktəblərə qəbul olunublar. Bu universitetlər arasında Birləşmiş Krallıq - London Kral Kolleci (King's College London), Qlazqo Universiteti (University of Glasgow), Amerika Birləşmiş Ştatları - Nyu-York Universiteti (New York University), Emori Universiteti (Emory University), Corc Vaşinqton Universiteti (George Washington University), Fransa - Yeni Sorbonna Universiteti (Sorbonne Nouvelle University), Paris-Pantheon-Assas Universiteti (Université Paris-Panthéon-Assas), Belçika - Leuven Katolik Universiteti (KU Leuven), Brüssel Azad Universiteti (Vrije Universiteit Brussel), Çexiya - Karl Universiteti (Charles University), Masaryk Universiteti (Masaryk University), İtaliya - Roma Sapienza Universiteti (Sapienza University of Rome), Turin Universiteti (University of Turin), Niderland - Amsterdam Universiteti (University of Amsterdam), Rotterdam Erasmus Universiteti (Erasmus University Rotterdam), İspaniya - IE Madrid Universiteti (IE University Madrid), ESADE Universiteti (ESADE University), Azərbaycan - ADA Universiteti (ADA Universiteti) kimi nüfuzlu adlar var. //"İki sahil"

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 İyul 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see301

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see209

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see199

Epşteyn işinə görə ABŞ Konqresində ifadə verməlidir

23 Noyabr 2025 13:07see197

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see156

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see154

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see148

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see138

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see137

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see135

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see134

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see133

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see133

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see132

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see132

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see132

Merzdən Ukrayna ilə bağlı bəd xəbər

23 Noyabr 2025 19:15see131

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see124

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see121

ÜST nin Çərçivə Konvensiyasının növbəti konfransı İrəvanda keçiriləcək

23 Noyabr 2025 17:16see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri