Icma.az
close
up
RU
Unudulan zənglərin səsi

Unudulan zənglərin səsi

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bir vaxtlar hər evdə bir dəftərçə olardı. Qalın-qalın səhifələri vardı, kənarları bir az saralmış, içi isə tanış adlarla dolu. O dəftərçənin ən qiymətli yeri ev telefonlarının nömrələri idi. Qohumun, dostun, uzaqdan-uzağa tanışın nömrəsi səliqə ilə yazılardı. Bayram axşamları isə o dəftərçə stolun üstünə qoyulardı və evin böyüyü bir-bir nömrələri yığmağa başlayardı.

Zəng etmək bir ritual idi. Telefonun səsi gələnə qədər ürək döyünərdi, açılan kimi isə əvvəl hal-əhval tutulardı, sonra bayram təbriki edilərdi. Uzun-uzadı danışılmasa da, səsin özü kifayət edərdi. “Yadımıza düşmüsünüz” deməyin ən səmimi forması idi o zənglər.

O vaxtlar bu adət bir az formal görünürdü. Sanki borc yerinə yetirilirdi. Bayram gəlibsə, zəng etməlisən. Etməsən, ayıb sayılar. Amma indi düşünəndə anlayırsan ki, o formallığın içində böyük bir ehtiyac var imiş. səsə, diqqətə, xatırlanmağa olan ehtiyac.

İndi hər kəsin cibində yüzlərlə nömrə var. Adlar telefonun yaddaşındadır, amma münasibətlər yavaş-yavaş oradan silinir. Bir düymə ilə göndərilən “Bayramınız mübarək” mesajı var, amma səs yoxdur. Emojilər var, amma səmimiyyət çox vaxt itib. Bir zamanlar bir zənglə qurulan bağlar indi onlarla mesajla da yaranmır.

Ən maraqlısı odur ki, bu gün o köhnə zənglərə daha çox ehtiyac duyuruq. İnsanlar tənha qalıb, sükut çoxalıb. Bayram axşamları səs-küylü olsa da, telefonlar səssizdir. Hamı paylaşır, amma az adam həqiqətən danışır.

Bəlkə də o ev dəftərçələri sadəcə nömrələrdən ibarət deyildi. Onlar münasibətlərin xəritəsi idi. Kim kimə nə qədər yaxındır, kim kimə vaxt ayırır hamısı orada gizlənmişdi. İndi isə münasibətlər “onlayn”dır, amma hisslər çox vaxt “oflayn” qalır.

Zaman dəyişib, texnologiya inkişaf edib. Amma insanın ehtiyacı dəyişməyib. Səsə, diqqətə, xatırlanmağa olan ehtiyac hələ də var. Bəlkə də bu bayram bir mesaj yox, bir zəng edək. Köhnə adəti xatırlayaq. Çünki bir vaxtlar formal sandığımız şey, əslində bir-birimizə ən çox lazım olan şey imiş.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Dekabr 2025 23:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri