Icma.az
close
up
RU
Unudulan ənənələr: Böyük çillə,

Unudulan ənənələr: Böyük çillə,

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda çillələrin gəlişi və əhatə etdiyi dövr sanki unudulub. Xüsusilə gənc nəsil bu ənənələrdən xəbərsizdir. Hətta Novruzun xəbərçisi olan çərşənbələrə əvvəlki illərlə müqayisədə daha az maraq göstərirlər. Əvvəllər insanlar Böyük, Kiçik çillənin təsiri ilə qışın sərtliyini, yazın yaxınlaşmasını hiss edir, çillələrin gəlişi ilə bağlı müxtəlif inanclara əsaslanırdılar.

Lakin bu gün artıq bir çoxları çillələrin nə vaxt başladığını və bitdiyini belə bilmir. Dörd çərşənbənin simvolik anlamı da getdikcə unudulmaq üzrədir. Müşahidəçilər bildirirlər ki, bu vəziyyət şəhərə axın, müasir yaşam tərzinin dominant hala gəlməsi və ailələrin ənənəvi dəyərləri ötürməməsi ilə əlaqəlidir. Xüsusilə gənclər arasında Novruz bayramının yalnız rəsmi tətil və bayram süfrəsi ilə məhdudlaşması müşahidə olunur.

Modern.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Mərasim folkloru şöbəsinin müdiri, Filologiya elmləri doktoru Ağaverdi Xəlil bildirib ki, Azərbaycan mövsüm mərasimlərinin mövcud vəziyyətinə ənənə və müasirləşmə prosesinin daxili ziddiyyət qanunauyğunluqları kontekstində baxmaq lazımdır:

“Ənənəvi mədəniyyət nümunələri müasirlik şəraitində  tədricən passivləşir və arxaikləşməyə başlayır.  Bu proses Azərbaycan mövsüm mərasimlərindən çilələrə, çərşənbələrə və “Xıdır Nəbi”yə də aiddir. Bizim əski mövsüm mərasimlərində ənənəvi xalq təqvimi kimi qış üç hissəyə bölünüb: böyük çilə (21  dekabr-31 yanvar), kiçik çilə (01-20 fevral) və boz ay (21 fevral -21 mart). Çilənin mənası təbiətin sərt şəraiti ilə bağlı olub çətinik, əziyyət deməkdir. İnsanlar ona görə də çilənin çıxmasını əlamətdar hadisə kimi qeyd ediblər. Bu məsələnin sosial aspektidir. Əski düşüncəyə və ya mifologiyaya görə isə insanlar mərasim vasitəsilə qışı yola salmağa sakral dəstək göstəriblər. Bu mənada çilə qışı yola salma mərasimidir. “Xıdır Nəbi” də bu mövsüm mərasimləri silsiləsinə daxildir. Çilənin elmi izahının ən qısa şəkli belədir”.

Müsahibimiz qeyd edib ki, çərşənbələr də mövsüm mərasimidir, lakin iki əsas cəhətinə görə çilələrdən fərqlənir:

“Burada Boz ayın içində olan 4 ilaxır çərşənbə nəzərdə tutulur. Birincisi, çərşənbələr (ilaxır çərşənbələr) qışı yola salmağa deyil, yazı qarşılamğa həsr olunmuşdur. İkincisi, çərşənbələr çilələrdən  sonra yaranmışdır və əski təqvimlə bağlıdır. Hər iki mövsüm mərasiminin təqvimlə əlaqəsi vardır. Çilələr xalq təqviminə əsaslanır. Çərşənbələr isə hansısa arxaikləşmiş əski Şərq təqviminə əsaslanmışdır və həmin təqvimin qalığıdır. Bu mərasimlərin zahiri tərəfi fərqlidir. Amma bu mərasimlərdə Azərbaycan xalqının xeyirxah adət və ənənələri yaşayır, qeyd olunur. Bizm mövsüm mərasimlərimiz xalqımızın mənəvi mədəniyyətini qoruyan və yaşadan sosial-mədəni hadisədir”.

A.Xəlil sonda vurğulayıb ki, Sovet dövründə Çilələr keçirilib, bəzi bölgələrdə "Xıdır Nəbi" də qeyd olunub:

“Müstəqillik dövründə də mövsüm mərasimlərinin aktivləşdirilməsi istiqamətində fəaliyyətlər vardır. Təbii ki, müasirləşmənin sürəti ənənəvi mədəniyyəti müəyyən mənada üstələyir. Ona görə də gənc nəsil ənənəvi mədəniyyətdən uzaqlaşır. Düşünürəm ki, mərasim mədəniyyətimiz daha geniş şəkildə öyrənilməli və daha intensiv şəkildə təbliğ olunmalıdır.  Bizim milli mədəni varlığımızın önəmli bir parçaçı ənənəvi mədəniyyətimiz, o cümlədən mövsüm mərasimlərində yaşayan və yaşadılmalı olan mədəni dəyərlərimizdir. Bu bizim zəngin mədəni irsimizdir,  onu qorumalıyıq və yaşatmalıyıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Fevral 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri