Icma.az
close
up
RU
Unudulmaz şairimiz Mikayıl Müşfiqi xatırlayırıq

Unudulmaz şairimiz Mikayıl Müşfiqi xatırlayırıq

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ah, mən gündən-günə bu gözəlləşən

İşıqlı dünyadan necə əl çəkim?

Bu yerlə çarpışan, göylə əlləşən

Dostdan, aşinadan necə əl çəkim?

Bu təsirli misraların müəllifi Azərbaycanın dahi şairi, böyük qələm sahiblərindən biri olub. Çox erkən yaşlarında “Bu gün” şeiri ilə yaradıcılığa başlayan söz ustadının həyatı olduqca ağır yollardan keçib.

Yenə o bağ olaydı, yenə yığışaraq siz

O bağa köçəydiniz.

Biz də muradımızca fələkdən kam alaydıq,

Sizə qonşu olaydıq.

Yenə o bağ olaydı, səni tez-tez görəydim,

Qələmə söz verəydim.

Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,

Yazaydım səhər axşam.

Arzuya bax sevgilim, tellərindən incəmi?

Söylə, ürəyincəmi?

5 iyun - hər misrasında dərin məna yatan Mikayıl Müşfiqin doğum günüdür. O, 1908-ci ildə Bakıda dünyaya göz açıb.

Şairin əsərlərində həm uşaq, həm sevgi, həm də  digər mövzulara yer ayırıb. Onun qələminin məhsullarına daxildir: “Şəngül, Şüngül, Məngül”, “Kəndli və ilan” nağılları, “Vuruşmalar”, “Qaya “ poemaları, “Coğrafiya”, “Məktəbli şərqisi”, “Zəhra üçün”,   “Səhər”, “Azadlıq dastanı”, “Sındırılan saz”, “Əbədiyyət nəğməsi”, “Şeirim”, “Yenə o bağ olaydı”, “Duyğu yarpaqları”, “Tərtərhes nəğmələri”, “Mingəçevir həsrəti” və s. kimi qiymətli nümunələr.

O, romantik, eşq dolu şeirləri ilə neçə-neçə könüllərə yol tapmağı bacarıb…

Müşfiq repressiya qurbanları dedikdə ilk ağla gələn adlardan biridir. Bəli, 37-ci il repressiyası dostları ilə yanaşı, Mikayıl Müşfiqdən də yan keçmir. 

Şair xalq arasında narazılıq yaratdığı iddia edilərək iyunun 3-də həbs olunub.

Onun həbsindən sonra Türkiyədə nəşr olunmuş 14 kitab, 5 kitab, türk dilində 4 müxtəlif jurnal, 6 İran nəşri, 14 foto şəkil, pasport, hərbi bilet və əşyaları müsadirə edilib və oktyabr ayında bütün əşyalar yandırılıb.

1938-ci il yanvarın 5-ində SSRİ Ali Məhkəməsində Mikayıl Müşfiqin güllələnməsi qərarı verilib. Yanvar ayının 6-sında şair Nargin adasında güllələnib.

Cismi getsə, də özü, ruhu əbədi olaraq ürəyimizdə yaşayır. Əsərləri, fəaliyyətləri hər zaman xatırlanıb, xatırlanır və xatırlanacaq. Mən onun sənətinin vurğunuyam… Dahi şairimizin ruhu şad olsun!

Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,

Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.

Bunları seyr edərkən

Bir az fikrə gedərkən

Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,

Mənə öylə gəldi ki,

Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,

Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş…

Zərintac Mayisqızı 

Missiya.Az 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://missiya.az
archiveBu xəbər 05 İyun 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri