Icma.az
close
up
RU
Onun evindən bir qılınc, iki tapança çıxmışdı Hüseyn Cavidi, Mikayıl Müşfiqi və Əhməd Cavadı kim satmışdı?

Onun evindən bir qılınc, iki tapança çıxmışdı Hüseyn Cavidi, Mikayıl Müşfiqi və Əhməd Cavadı kim satmışdı?

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kulis.az görkəmli Azərbaycan aktyoru, Xalq artisti Abbas Mirzə Şəridzadənin cinayət işi ilə bağlı akademik Ziya Bünyadovun "Qırmızı terror" kitabından bir hissəni təqdim edir.

...30-cu illərin minlərcə qurbanları siyahısında incəsənət xadimlərimizin də adları var. Bu yazımda onlardan biri haqqında, xalqımızın sevimlisi, böyük teatr ustadı Abbas Mirzənin həyatının son günlərindən bəhs edəcəyəm.

1937-ci il iyulun 22-də Azərbaycan XDİK-nın müavini Gerasimov tərəfindən şöbə müdiri Sinmanın ünvanına belə dərkənar yazılır:

"Yoldaş Sinman! Yadımdadır ki, Əli Kərimovun ifadələrində Şərifovun və Ülvinin adları çəkilir. Onlar təxirə salınmadan həbs edilməli və istintaqa cəlb olunmalıdırlar".

İmza: Gerasimov

1937-ci il dekabrın 3-də Azərbaycan SSR XDİK Dövlət Təhlükəsizliyi İdarəsi 3-cü bölməsinin rəis müavini baş leytenant Borisov bu məzmunda arayış tərtib edir: "Şərifov Abbas Mirzə Rəsul oğlu, 1891-ci ildə anadan olub, azərbaycanlıdır. Azərbaycan Dövlət Dram Teatrının artistidir. Əldə edilmiş məlumatlara görə Şərifov Abbas Mirzə Rəsul oğlu bir xarici dövlətin xeyrinə casusluqda ittiham olunur.

Qeyd olunanlara əsasən, Şərifov Abbas Mirzə Rəsul oğlu həbsə salınıb Azərbaycan SSR CM-nın 68-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir".

Həmin “əldə edilmiş məlumatlar” artıq güllələmiş Ruhulla Axundovun ifadələri idi. 1937-ci il iyulun 24-də, (əlbəttə, işgəncələrdən sonra), verdiyi ifadəsində o, demişdir:
"Şəxsən mən hesab edirdim ki, hər bir işi kadrların hazırlanmasından, yəni, adamların cəlb edilməsindən başlamalıyıq. Təşkilata cəlb olunan şəxslər öz növbələrində bura digər şəxsləri cəlb etməlidirlər. Mənim tərəfimdən cəlb olunmuş Əli Kərimov (Azdramanın müdiri) öz növbəsində Abbas Mirzə Şərifovu və Mirzə Ağa Əliyevi təşkilata cəlb etmişdi".

Lakin Abbas Mirzənin “cinayət işi”ndə Əli Kərimovun ifadələri yoxdur. Əksinə, 1937-ci il fevralın 19-21 (üç gün dalbadal) dindirilmiş Əli Kərimov göstərmişdi ki, o, əksinqilabi millətçi təşkilatına Triniç tərəfindən qoşulmuşdur. Görünür, dindirənlərin bir hissəsi digər müstəntiqlərin işlərindən xəbərsiz olub. Onlar isə yalnız bir məqsəd üçün çalışırdılar, “sübut etmək” və güllələmək!

1937-ci il iyulun 23-26-da dindirilən Azdramanın müdiri Əli Kərimov müstəntiqin: "Artist Abbas Mirzə Şərifov əksinqilabi təşkilata daxil idimi?" sualına belə cavab verdi: "Bunu rədd edirəm! Bir daha təkidlə deyirəm ki, Şərifov əksinqilabi millətçi təşkilata daxil olmayıb" (Əli Kərimov 1937-ci il oktyabrın 13-də güllələnib).

1937-ci il oktyabrın 11-də dindirilən Ruhulla Axundov: "Bakıdakı antisovet Müsavat təşkilatının rəhbər üzvləri aşağıdakılar idi: Dövlət dumasının sabiq üzvü Hüseyn Sadıq, şair Əhməd Cavad, yazıçı, Müsavatın İstanbuldakı konsulu Yusif Vəzirov, məşhur pantürkist Hüseyn Cavid. 1926-cı ildə şəxsən mənim təşəbbüsümlə Mirzoyan və Qarayev onu xaricə müalicəyə göndərmişdilər; bədii texnikumdan Rəfibəyov, Novruz Ağayev, Əbdürrəhim Əşrəfov, Oruc Orucov, İsabəy Aşurbəyov, Yazıçılar Ittifaqından Atababa Musaxanlı; bəstəkar Üzeyir Hacıbəyov; xalq artistləri Mirzə Ağa Əliyev və Abbas Mirzə Şərifzadə".

Lakin Abbas Mirzənin işində yuxarıda adları çəkilən antisovet Müsavat təşkilatının rəhbər üzvlərindən heç birinin ifadəsi yoxdur.

1937-ci il dekabrın 3-də Abbas Mirzə Şərifovun məsuliyyətə cəlb edilməsi haqda qərar çıxarılır: "Mən, Azərbaycan SSR XDİK DTİ-nın 3-cü şöbəsinin müvəkkili leytenant Kovrijenko vətəndaş Şərifov Abbas Mirzənin bir xarici dövlətin xeyrinə casusluq işilə əlaqədar kifayət qədər ifşa olunduğunu nəzərə alaraq qərara gəldim: "Abbas Mirzə Rəsul oğlu Şərifov Azərbaycan SSR CM-nın 68-ci maddəsi üzrə müttəhim sifətilə məsuliyyətə cəlb edilib həbsə alınsın. Qərar Azərbaycan SSR XDİ komissarı Sumbatov tərəfindən təsdiq edilmişdir".

1937-ci il dekabrın 4-də 3240 N-li orderə əsasən, Abbas Mirzə öz evində həbs olunmuşdur. (Çadrovaya, 115) Axtarış zamanı evində bir teatr qılıncı və iki teatr tapançası müsadirə edilmişdir.

1937-ci il dekabrın 9-da XDİK DTİ-nin 3-cü şöbəsi, 2-ci bölməsinin rəisi V. A. May 1908-ci ildən səhnə ustası olan Abbas Mirzəni dindirməyə başladı:

Sual: "Sizin qohumlarınızdan xaricdə kim var?"

Cavab: "Qardaşım Qulam Rza Şərifov Tehrandadır. O, 1921-ci ildə mühacirət edib".

Sual: "Son illərdə siz Azərbaycan SSR-də olan xarici konsulxanalara getmisinizmi?"

Cavab: "1932-ci ildə mən Gəncədə olan İran konsulluğuna iki ya üç dəfə getmişəm. O vaxt konsul Vafi idi. O demək olar ki, hər axşam bizim teatra gəlirdi, sonra isə artistləri qonaq çağırırdı. Bunların içində mən də var idim".

Sual: "Vafi Bakıya köçəndən sonra siz onunla görüşmüsünüzmü?"

Cavab: "Bir dəfə mən ona küçədə rast gəldim. İkinci dəfə o mənə telefonla dedi ki, onun yanına qonaqlar gələcək və xahiş etdi ki, mən də gəlim. Mən razılıq vermədim. Bundan sonra daha onu görmədim və konsulluq məmurlarından heç kəsi tanımıram".

Sual: "Bakıdakı türk konsulluğu məmurları ilə sizin münasibətiniz necə idi?"

Cavab: "Onlardan heç kəsi tanımıram. Nə indi, nə də keçmişdə".

1937-ci il dekabrın 25-də Abbas Mirzənin üçüncü dəfə dindirilməsindən.

Sual: "Son illərdə sizin müsavatçı və pantürkistlərdən kim ilə yaxınlığınız var idi?"

Cavab: "Yaxınlığım heç biri ilə olmayıb, amma işimlə əlaqədar Hüseyn Cavidi, Cavad Axundzadəni, Müşfiqi, Seyid Hüseyni tanıyıram".

Sual: "İşinizlə əlaqədar yox, şəxsi əlaqəniz var idimi?"

Cavab: "Cavidin evində olmuşam. Başqalarının yox".

Sual: "Sizə haradan məlumdur ki, bu şəxslər öz siyasi əqidələrinə görə müsavatçıdırlar?"

Cavab: "Hüseyn Cavidin millətçi-osmançı əqidəli olmağını mən onun pyeslərindən bilirəm. Cavad Axundzadənin bütün şeirlərində millətçi ruha rast gəlirsən. Müşfiqin millətçi əqidəli olmağını mən onun yazıçılar ittifaqında ifşa olunmasından bilirəm".

Sual: "Bununla iş bitmir. Aranızda nə kimi millətçi ruhda söhbətlər olurdu?"

Cavab: "Bu ruhda aramızda heç vaxt və heç bir söhbət olmayıb".

Sual: "Nə üçün siz, bu şəxslərin pantürkist əhval-ruhiyyyəli olduqlarını və əsərlərində spesifik meylləri bilə-bilə onların əsərlərini təbliğ edirdiniz?"

Cavab: "Mən teatrda işləyirdim və əgər mənə bir rol tapşırıldısa, mən bu rolu oynamalıydım".

Sual: "İndiyə qədər verdiyiniz cavablarda olduğu kimi siz bu cavabınızda da səmimi deyilsiniz. Sizin yaxşı artist olmağınızdan istifadə edərək Cavid, Cavad və Müşfiq kimi burjua antisovet yazıçılarını tərənnüm edib onların pantürkist xəttini həyata keçirirdiniz. Nə üçün siz konsertlərdə və radioda repertuarınıza Müşfiqin, Hüseyn Cavidin və Əhməd Cavadın əsərlərini salırdınız?"

Cavab: "Mənim bütün konsert proqramlarım İncəsənət komitəsi tərəfindən təsdiq edilmişdir və onun icazəsi olmadan mən heç bir şeylə çıxış etmirdim".

1938-ci il yanvarın 8-də Abbas Mirzənin beşinci dindirilməsindən.

Müstəntiq: "Bəsdir, istintaqa müqavimət göstərdiniz! Müsavatçı fəaliyyətiniz haqda ifadə verin!"

Cavab: "Mən heç vaxt Sovet hakimiyyəti əleyhinə işləməmişəm və əgər bir şey etsəydim, bu barədə xəbər verərdim. Mən nə müsavatçıyam, nə də o işlərlə məşğul olmuşam, hətta bu haqda düşünməmişəm də".

Müstəntiq: "Siz başqa şəxslərin ifadələri ilə ifşa olunana qədər, istintaq səmimi ifadə verməyinizi tələb edir".

Cavab: "Bundan artıq heç bir şey deyə bilmərəm, çünki konsulxanaya getməyimdən başqa mənim heç bir günahım yoxdur".

Beləliklə, 1938-ci il oktyabrın 19-da məhkəmə öz hökmünü verir: "Şərifov Abbas Mirzə Rəsul oğlu casusluq fəaliyyətinə görə güllələnsin, əmlakı müsadirə olunsun!".
Şərifzadə haqqında çıxarılan bu hökm, təxminən, bir ay sonra – noyabrın 16-da yerinə yetirilir.

Akademik Rus Dram Teatrı Şəkidə qastrolda olub Aktyor və xanımı Bakıda qətlə yetirildi Şahlar Quliyev vəfat etdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://kulis.az
archiveBu xəbər 18 Noyabr 2024 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see257

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see215

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see213

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see205

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see197

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see163

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see159

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see158

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see150

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see148

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see144

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see143

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see142

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see141

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see140

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see131

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri