Unun qiymətinin artması, çörəyin qiymətinə təsir edəcək? AÇIQLAMA
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Son zamanlar Azərbaycanda unun qiymətləri artıb və bu da yaxın gələcəkdə çörəyin qiymətlərinin artması ilə bağlı fərziyyələrə səbəb olub.
Bakıvaxtı.az xəbər verir ki, iqtisadçı, Azərbaycan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli haqqin.az-a açıqlamasında bildirib ki, un çörək istehsalında əsas xammaldır və onun qiymət artımı son məhsulun qiymətinə müəyyən təzyiq göstərir.
"Hazırda bir kisə unun qiyməti cəmi 45-50 qəpik artıb ki, bu da təxminən kiloqram üçün 1 qəpik artım deməkdir. Bu artım özü birbaşa çörək qiymətlərinin artımını göstərmir. Çörəyin qiyməti yalnız unun qiymətini deyil, həm də elektrik enerjisi və işıq xərclərini, əmək xərclərini, logistikanı və satış xərclərini nəzərə alır. Bütün bu komponentlər ümumi qiymətə təsir göstərir. Əgər bu inqrediyentlərdən birinin - unun qiymətinin kiloqram üçün 1 qəpik artmasından danışırıqsa, bu, çörəyin qiymətinə birbaşa təsir göstərməyəcək", - deyə Nəsirli qeyd edib.
Eyni zamanda, iqtisadçı vurğulayıb ki, digər komponentlərin qiyməti də artarsa, gələcəkdə çörək qiymətlərində artım qaçılmaz olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 23 Dekabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















