Icma.az
close
up
RU
İqtisadçı: Unun qiymətinin artması çörəyin dəyərinə...

İqtisadçı: Unun qiymətinin artması çörəyin dəyərinə...

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Ötən ayla müqayisədə hazırda Azərbaycanda unun topdansatış qiyməti artıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 4-dən etibarən istehsalçılar unun qiymətini 70 qəpik artırıblar.

Belə ki, rəsmi məlumata görə, ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 25.95-28.20 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 25.30-27.50 manat təşkil edirdi.

Hazırda ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü "SKY AGRO" Məhdud Məsuliyyətli Cəmiyyəti, ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" Birgə Müəssisəsidir.

Noyabrın 4-dən etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağdakı kimi müəyyənləşib:

"Dəvəçi-Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.70 manat;

"ATS MİLL", "Taxıl AQRO" və "Qarabağ un" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27 manat;

"Anadoluqida" və "AVETA" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.20 manat;

"Azeri-Arapoğlu U.S.və T.LTD" BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 28.20 manat;

"Dəvəçi-Taxıl" və "Avrora" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.50 manat;

"Gəncə Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.40 manat;

"Bakı Taxıl Terminalı", "Hazartürk LTD", "KARAT HOLDİNQ", "Dəniz un sənayesi LTD", "Sünbül 2012", "Karmen", "Orxan UN", Xırman"MMC-lərə, eləcə də "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "PAK-NUR" FİRMASI və "Səma" fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.10 manat;

"NEON" Firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.65manat;

"Nural" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.30 manat;

"SKY AGRO" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 25.95 manat.

Maraqlıdır, unun topdan satış qiymətinin artması çörəyin qiymətinə necə təsir edəcək?        


İqtisadçı ekspert, Natiq Cəfərli "Sherg.az"a açıqlamasında söyləyib ki, unun qiymətinin artmasının əsas səbəbi dünya bazarındakı prosseslərdir:                      


"Çünki indiki dövrdə dünya bazarındakı qiymətlərdə artım müşahidə olunur. Bu vəziyyətə Rusiya-Ukrayna müharibəsi də öz təsirini göstərir. Əlavə olaraq hava şəraiti ilə bağlı bir çox taxıl istehsal edilən bölgələrdə məhsuldarlığın aşağı düşməsi görülür. Nəticə etibarı ilə sadaladığım nüanslar Azərbaycana da istər-istəməz təsir edir. Təəssüf ki, biz xaricdən təqribən 70-75 faiz nisbətində taxıl alırıq. Yəni, yerli istehsal tam ehtiyacımızı ödəmir. Amma unun qiymət dəyişikliyi elə bir səviyyədədir ki, onun birbaşa çörəkin dəyərinə tez təsir edəcəyini söyləmək mümkün deyil. Yəni, hazırda qiymət artımı idarə olunan pillədədir. Bununla bağlı ölkədə maraqlı tendensiya mövcuddur. Beləki unun qiyməti qalxdıqda çörəyin qiymətini anında qaldırmırlar. Bunun əvəzinə çörəyin çəkisindən 20-30 qram azaldırlar. Əslində bu da qiymət artımı sayılır. Sadece vizual olaraq qiymət dəyişmədiyinə görə, daha az etiraz doğurur".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:368
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Noyabr 2024 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri