Ünvanı dəyişməsinə baxmayaraq keçmiş sevgilisini taparaq güllələyib VİDEO
Icma.az, Sonxeber.az portalına istinadən məlumatı açıqlayır.
Bu yaxınlarda İstanbulun Başakşehir şəhərində baş verən hadisədə S.S. adlı qadın onun keçmiş sevgilisİ M.A.-dan ayrıldıqdan sonra adı çəkilən şəxs keçmiş sevgilisinin izini buraxmayıb
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, davamlı olaraq telefonla təqib etdiyi keçmiş sevgilisindən cavab ala bilməyəndə onunla üz-üzə gəlib, təhdid və təhqirlər edib.
S.S. adlı qadın ev ünvanını dəyişərək onu narahat edən keçmiş sevgilisindən qurtulmağa çalışıb. Ev ünvanını dəyişdiyini öyrənən M.A işdən sonra keçmiş sevgilisini izləyib və onun yeni ev ünvanını müəyyən edib. Yeni ev ünvanlarını öyrəndikdən sonra keçmiş sevgilisini və yanındakı dostunu evlərinin qarşısında güllələyən şəxs daha sonra hadisə yerindən qaçıb.
Xəbər üzərinə hadisə yerinə polis qrupları sövq edilib. Hadisədən dərhal sonra S.S. və dostu E.Ö. təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Polis qrupları təcavüzkar M.A-nın tutulması üçün əməliyyat başlatdı. Aparılan araşdırmalar nəticəsində M.A. Bahçelievlerdəki evində yaxalanıb. Həmin şəxsin evində aparılan axtarış zamanı hadisədə istifadə etdiyi silah ələ keçirilib.
Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən obsesif pozğun məhkəmə tərəfindən həbs edilib. Həmin şəxsin hadisədən dərhal sonra qaçdığı anlar təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.
Vüsalə İbrahimli
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 09 Dekabr 2024 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















