Keçmiş sevgilisini eyvandan tulladı
Icma.az, Lent az saytına istinadən bildirir.
Transbaykalyada polis bir qadını öldürməyə cəhddə şübhəli bilinən şəxsi saxlayıb - təcavüzkar mübahisə zamanı onu üçüncü mərtəbənin eyvanından itələyib..
Lent.az xarici KİV-ə istinadla bildirir ki, regional polisin verdiyi məlumata görə, Çita növbətçi məntəqəsinə hadisə şahidləri zəng edərək, binalardan birinin giriş qapısında qadını görüblər. Əməliyyatçılar hadisə yerinə gediblər.
Xəsarət alan qadın huşunu itirməyib və keçmiş həyat yoldaşının onu üçüncü mərtəbədən itələdiyini deyib.
Aralarında münaqişə yaranıb, qadın eyvana qaçıb və kişi onu eyvandan atıb. Zərərçəkən giriş qapısının üstünə yıxılıb və oradan gələn təcili tibbi yardım briqadası tərəfindən çıxarılıb.
45 yaşlı Çita sakini olan şübhəli müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Faktla bağlı adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 24 Fevral 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















