Urban Expo sərgisi üçün müraciətlər açıq elan olunub
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2026-cı ilin 17-22 may tarixlərində Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək XIII sessiyası (WUF13) çərçivəsində baş tutacaq Urban Expo sərgisinə müraciətlərin qəbuluna başlanılıb.
Milli.Az xəbər verir ki, bu barədə WUF13-ün "X" hesabında məlumat paylaşılıb.
"35,000 kvadratmetr sahəni əhatə edəcək sərgidə milli və yerli hökumətlər, regional qurumlar, BMT agentlikləri, akademik institutlar, beynəlxalq maliyyə qurumları, vətəndaş cəmiyyəti təşkilatları, fondlar və özəl şirkətlərin iştirakı gözlənilir.
Müraciətlər 31 mart 2026-cı il tarixinədək onlayn şəkildə qəbul olunur. Hər bir kateqoriya üzrə yalnız bir müraciət təqdim edilə bilər.
Qeydiyyat və ətraflı məlumat üçün "Urban Expo" səhifəsinə daxil ola və ya [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz", - məlumatda qeyd edilib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 16 Dekabr 2025 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















