Icma.az
close
up
RU
“Urban Expo” üçün qeydiyyat davam edir

“Urban Expo” üçün qeydiyyat davam edir

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mayın 17-22-si tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyası (WUF13) çərçivəsində təşkil olunacaq “Urban Expo” sərgisi üçün son müraciət tarixi 31 martdır.

“Qafqazinfo” xəbər verir ki, iştirak ərizələri onlayn şəkildə qəbul olunur və “ilk müraciət edənə üstünlük” prinsipi əsasında nəzərdən keçirilir.

Bu baxımdan sərgidə iştirak üçün erkən müraciət etmək tövsiyə olunur.

Qeyd edək ki, hər kateqoriya üzrə yalnız bir müraciət məqbul sayılır.

Beynəlxalq miqyasda on minlərlə ziyarətçinin iştirak edəcəyi sərgi dayanıqlı şəhər inkişafına dair qabaqcıl yanaşmaların qlobal auditoriyaya təqdim edilməsi baxımından unikal platforma rolunu oynayacaq.

35 min kvadratmetr sahədə təşkil olunacaq sərgidə ölkələr, şəhərlər, bələdiyyələr, regional qurumlar, BMT təşkilatları, akademik institutlar, beynəlxalq maliyyə və vətəndaş cəmiyyəti təşkilatları, fondlar və özəl şirkətlər iştirak edə biləcək.

Kiçik stendlərdən tutmuş genişmiqyaslı ölkə və şəhər pavilyonlarınadək müxtəlif formatlarda təqdim olunacaq sərgi layiqli mənzil təminatı, iqlimə davamlılıq, rəqəmsal innovasiyalar və inklüziv şəhər inkişafı kimi prioritet mövzular ətrafında qlobal iştirakçıları bir araya gətirəcək. Sərgi çərçivəsində müasir şəhərlərin üzləşdiyi əsas problemlərə dair praktik və innovativ həllərin nümayişi nəzərdə tutulur.

Həmçinin WUF13 çərçivəsində ilk dəfə olaraq Startap Pavilyonu və WUF Akademiyası kimi yeniliklər təqdim ediləcək.

Qeydiyyat və əlavə məlumat üçün “Urban Expo” səhifəsinə daxil olmaq və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Fevral 2026 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri