Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Sumqayıt ın Antalya toplanışı

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Ürək dayananda biz başlayırıq İnvaziv kardioloqla səmimi söhbət

Ürək dayananda biz başlayırıq İnvaziv kardioloqla səmimi söhbət

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Günümüzdə həkimlər yalnız müalicə edən insanlar deyil, həm də yaşama ümidini aşılayan qəhrəmanlardır. Onlar yalnız dərmanla deyil, baxışları, səs tonları və qərarları ilə həyatlara toxunurlar. Bu dəfə müsahibimiz – invaziv kardioloq Gülanə Ağayevadır. O, hər gün ürəyi dayanan insanlara ikinci şans verməyə çalışır. Həkimlik onun üçün sadəcə peşə yox, həyat fəlsəfəsidir.

“Məqsədim – dayanmış bir ürəyi döyündürməkdir”

– Həkim, ilk olaraq sizi tanıyaq. Özünüzü necə təqdim edərdiniz?

- Mən invaziv kardioloq kimi çalışıram. Hər gün həyatla ölüm arasında incə cizgidə duran insanlarla təmasda oluram. Məqsədim –ürəkləri qorumaq və  sağaltmaqdır. Bu peşə mənim uşaqlıq arzum olub. 

“Kardiologiya – həyatın ritminə toxunmaqdır”

– Tibbə marağınız necə yarandı? Niyə məhz kardiologiya?

- Həkimlik mənim üçün sadəcə bir ixtisas deyil – bu, bir missiyadır. Uşaqlıqdan insanlara yardım etməyə can atmışam. Kardiologiyanı isə ona görə seçdim ki, ürək – həyatın mərkəzidir. Dayanmış bir ürəyi yenidən döyündürmək, bir insana nəfəs vermək – bu hissin izahı yoxdur. 

“Hər xilasedici müdaxilə – bir həyat dərsidir”

– Heç olubmu ki, bu sahəni seçdiyinizə təəssüflənmisiniz?

- Xeyr, heç vaxt. Əksinə, hər uğurlu müalicədən sonra özümə deyirəm: “Doğru yoldasan.” Bəzən bir ailənin göz yaşlarında, bir uşağın gülüşündə o qədər güc tapıram ki… bu işi sevməmək mümkün deyil.

“Şəfa vermək – yalnız bədəni deyil, ruhu da sağaltmaqdır”

– Başqasına şəfa verməyin sizin üçün mənası nədir?

- Bu, mənim üçün təkcə tibbi prosedur deyil. Bu – ümid vermək, yaşama inamı qaytarmaq, ruhu dirçəltməkdir. Hər xəstə yalnız bir bədən deyil, həm də bir həyatdan, ailədən, hekayədən ibarətdir. Biz sadəcə ürəklərə toxunmuruq – biz yaşama həvəsini geri qaytarırıq.

“Müalicənin özü – zamana qarşı bir yarıştır”

– Daha çox hansı təcili hallar ilə qarşılaşırsınız və nəticələr necə olur?

- Ən çox miokard infarktı,  və onun kimi kəskin koronar sindrom halları ilə rastlaşırıq. Bu vəziyyətlərdə təcili angioqrafiya və stent implantasiyası ilə vaxtında müdaxilə çox önəmlidir. Bəzən saniyələr belə həyat qurtarır. Yaxşı nəticə üçün doğru zamanlama və peşəkar komanda əsas şərtdir.

“Səhiyyəyə dəstək artır, amma maarifləndirmə hələ zəifdir”

– Səhiyyəmizə dövlət qayğısını necə dəyərləndirirsiniz?

- Son illərdə səhiyyə sahəsində ciddi irəliləyişlər var. Yeni xəstəxanalar tikilib, texnoloji avadanlıqlar gətirilib, həkimlərə təlim imkanları yaradılıb. Bütün bunlar müsbət addımlardır. Amma paralel olaraq cəmiyyətin tibbi maarifləndirilməsi də vacibdir.

– Niyə insanlar hələ də müalicə üçün şəhərə və ya xaricə üz tutur?

- Bu, çox zaman məlumatsızlıq və bəzi bölgələrdə həkimlərə olan inamla bağlıdır. Halbuki artıq ölkə daxilində də yüksək səviyyəli tibbi xidmətlər mövcuddur. Sadəcə bunu cəmiyyətə çatdırmaq, inam yaratmaq lazımdır.

“Ürək xəstəlikləri cavanlaşır – səbəb həyat tərzidir”

– Son illər ürək xəstəlikləri daha gənc yaşlarda görünür. Bu nə ilə bağlıdır?

- Əsas səbəblər – stress, siqaret, düzgün olmayan qidalanma, hərəkətsizlik və artıq çəki. Texnologiya inkişaf etdikcə insanlar daha az hərəkət edir, daha çox oturaq həyat tərzi keçirir. Bu isə ürək sağlamlığına birbaşa zərbədir.

“Səmimi münasibət – müalicənin açarıdır”

– Həkim-pasiyent münasibətlərini necə qiymətləndirirsiniz?

- Mənim üçün pasiyentlə ünsiyyət – müalicənin ayrılmaz hissəsidir. Hər xəstəni dinləmək, onu başa düşmək, ona inam vermək – bəzən dərmandan da təsirlidir. Anlaşılmazlıqlar bəzən olur, amma peşəkar və səmimi münasibət bu çətinlikləri asanlıqla aradan qaldırır.

“Ürəyinizi qoruyun – o, sizin həyat melodiyanızdır”

– Sonda oxucularımıza nə tövsiyə edərdiniz?

Ürəyinizi qoruyun – o sizin həyat melodiyanızdır. Sağlam qidalanın, hərəkətli olun, siqaretdən uzaq durun. Və ən önəmlisi – illik kardioloji müayinələri unutmayın. Erkən diaqnoz bəzən bir həyat xilas edə bilər. Özünüzü sevin – həyat bir dəfə verilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 May 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see275

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see215

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see183

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see156

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see143

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see143

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see135

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see134

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri