Icma.az
close
up
RU
Ürək damar xəstəliklərinin gəncləşməsinin səbəbi Kardioloqla müsahibə

Ürək damar xəstəliklərinin gəncləşməsinin səbəbi Kardioloqla müsahibə

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illər ürək-damar xəstəlikləri əvvəlki illərlə müqayisədədaha gənc yaş qruplarında müşahidə olunmağa başlayıb. Hipertoniya, infarkt, aritmiya və ürək çatışmazlığı artıq yalnız yaşlıların deyil, gənclərin dəsağlamlığına ciddi təhlükə yaradır. Bu narahatedici tendensiyanın səbəbləri arasında oturaq həyat tərzi, qeyri-sağlam qidalanma, xroniki stress və fizikipassivlik əsas rol oynayır. Referans Nəsimi və Bayıl filiallarının kardioloqu
Günel Məhərrəmzadə ilə söhbətimizdə bu problemlərin səbəbləri, ilkin əlamətlərivə profilaktik tədbirlər barədə danışdıq.

Modern.az həmin müsahibəni təqdim edir:

– Bu gün insanlar ən çox hansı ürək-damar problemləri ilə müraciət edirlər? Xəstə profillərində hansı dəyişikliklər müşahidə olunur?


Sonillərdə ürək-damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı əhəmiyyətli dərəcədə artmışdır. Ən çox rast gəlinən problemlər arasında hipertoniya,iskemik ürək xəstəliyi, aritmiya, miokard infarktı və ürək çatışmazlığı yer
alır. Əvvəllər bu xəstəliklər daha çox yaşlı əhali arasında müşahidəolunurdusa, bu gün artıq gənclər arasında da qəfil ürək tutmaları, ritm pozğunluqları və digər ciddi ürək-damar pozuntuları ilə bağlı müraciətlərartıb. Bu dəyişikliklərin əsas səbəbləri oturaq həyat tərzi, qeyri-sağlam qidalanma (fast food), piylənmə, xroniki stress, az fiziki aktivlik vətexnologiyanın gətirdiyi hərəkətsizlikdir.

– İlkin mərhələdə ürək xəstəliklərini necə tanımaq olar? İnsanlar hansıəlamətlərə diqqət yetirməlidirlər?


Ürək xəstəlikləri bəzən simptomsuz şəkildə inkişaf edə bilər, lakin əksər hallardabədən xəbərdarlıq siqnalları verir. Əgər pasiyent sinə nahiyəsində, kürəkdə, mədə hissəsində, alt çənədə və ya sol qolda ağrı hiss edirsə, xüsusilə buağrılar fiziki hərəkət, emosional gərginlik və ya təzyiqdən sonra baş verirsə, bu hal ürək problemlərinin əlaməti ola bilər. Eyni zamanda, nəfəs darlığı, anihalsızlıq, tərləmə, başgicəllənmə və ürəkdöyünmə də ilkin mərhələdə diqqətdən qaçmamalıdır. Bu əlamətlər müşahidə olunarsa, mütləq şəkildə kardioloqamüraciət edilməlidir.

– Heç bir şikayət yoxdursa belə, insanlar hansı yaşdan etibarən profilaktikolaraq kardioloqa müraciət etməlidirlər?

Əgər ailədə genetik olaraq ürək xəstəlikləri geniş yayılıbsa, o zaman həmin ailədədoğulan körpələrin erkən yaşlardan – hətta uşaq vaxtlarından ürək müayinəsindən keçməsi tövsiyə olunur. Yaş artdıqca isə bu nəzarət davam etdirilməlidir: 30 yaşdansonra ildə bir dəfə, 40 yaşdan sonra isə ildə iki dəfə profilaktik kardioloji
müayinələr aparılmalıdır. Əgər genetik risk faktoru yoxdursa, heç bir şikayətolmasa belə, 40 yaşdan sonra hər kəs ildə bir dəfə ürəyini yoxlatmalıdır. Ürəyə aid simptomlar varsa, yaşdan asılı olmayaraq müayinə zəruridir.

– Qidalanma və həyat tərzi dəyişiklikləri ürək sağlamlığına real təsir göstərə bilərmi? Hansı tövsiyələriniz var?


Əlbəttə,düzgün həyat tərzi ürək-damar sağlamlığının qorunmasında əsas amillərdən biridir. Gündəlik minimum 4000, ideal halda isə 8000–10 000 addım atmaq, aktivhəyat sürmək, stressdən uzaq durmaq və kifayət qədər yuxu almaq vacibdir. Qidalanmada balanslı menyuya üstünlük verilməli, duz, şəkər və doymuş yağlarazaldılmalı, meyvə, tərəvəz, lifli qidalar və omeqa-3 yağ turşularına zəngin məhsullar qəbul edilməlidir. Siqaret və alkoqol istifadəsindən imtina daürək-damar sağlamlığı üçün son dərəcə önəmlidir. Bütün bu dəyişikliklər ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azalda bilər.

– Ağıllı saatlar, mobil tətbiqlər və digər texnoloji alətlər ürək sağlamlığının izlənilməsində nə qədər etibarlıdır?

Texnolojicihazlar, xüsusilə ağıllı saatlar və mobil tətbiqlər, ürək ritminin, nəbzin, arterial təzyiqin və saturasiyanın gündəlik izlənməsində istifadə oluna bilər.Bu cihazlar, xüsusilə aritmiya və ya hipertoniya diaqnozu olan pasiyentlər üçün faydalıdır, çünki onlar gündəlik göstəriciləri izləməyə və həkimlə məlumatpaylaşmağa imkan yaradır. Bununla belə, bu texnologiyalar diaqnoz qoymaq üçün deyil, ilkin məlumat toplamaq və monitorinq məqsədilə istifadə olunmalıdır.Əsas diaqnoz və müalicə yalnız peşəkar tibbi müayinə və kardioloqun rəyinə
əsasən aparılmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Aprel 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri