Ürək etibar edilməyəcək bir vəhşidir... Qrem Qrin
Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün ingilis yazıçı Qrem Qrinin doğum günüdür.
Kulis.az onun əsərlərindən müəyyən hissələri təqdim edir.
Sükut heç də həmişə arxayınlıq əlaməti deyil. Bəzən o, qəlbin təlatümündən xəbər verir.
***
İnsan münasibətlərində nəvaziş və yalan min həqiqətə dəyər.
***
Kaş bəzi pis niyyətləriniz olaydı; bəlkə onda insanları bir qədər yaxşı başa düşərdiniz.
***
Təbiət elə öz axmaqlığımızı önümüzə tələ kimi qurur.
***
İnsan övladına xas olan səciyyəvi bir cəhət: ideallar naminə zorakılığa əl atılır, sonra ideallar buxarlanıb yox olur, zorakılıq isə qalır.
***
Onunla danışmaqdan sonra ən gözəl şey elə onun haqqında danışmaqdır.
***
Biz dərdlərimizi özümüz seçmirik.
***
Hər birimizin illər keçsə də dəyişməyən əsl yaşı var.
***
Dünya ağ və qaradan yox, daha çox qara və bozdən ibarətdir.
***
Şöhrət ən güclü ehtiras oyadan vasitədir.
***
İnsan xoşbəxt olduğu müddətdə hər cür intizama dözə bilər; bədbəxtlik isə iş vərdişlərini alt-üst edir.
***
Uşaqlıqda həmişə elə bir an olur ki, qapı açılır və gələcəyi içəri buraxır... Uşaqlığımızın ətrafında — dolablarda, kitab rəflərində, hər yerdə gizlənən dəhşətləri və zillətləri görə bilmədiyimiz üçün şükür etməliyik.
***
Məsumluq həmişə lal-dinməz himayə diləyir; halbuki ondan qorunmaq bizim üçün daha ağıllı olardı: məsumluq zınqırovunu itirmiş, dünyanı dolaşan və heç kimə ziyan vurmaq istəməyən dilsiz bir cüzamlı kimidir.
***
Yazmaq bir növ terapiyadır; bəzən heyrət edirəm: yazmayan, bəstələməyən və ya rəsm çəkməyən insanlar bəşər təbiətinə xas olan o dəlilikdən, qara sevdadan və vahimədən canlarını necə qurtara bilirlər?
***
Nifrət — təxəyyül çatışmazlığıdır.
***
Sənə nifrət edirəm, Tanrım. Sənə elə nifrət edirəm ki, sanki həqiqətən varsan.
***
Bizə ağrı verən şeyləri çox asanlıqla unuduruq.
***
Bəşəriyyəti sevmək mümkün deyil. Yalnız insanları sevmək olar.
***
Nə isə, bəlkə də mənim yaşıma çatanda anlayacaqsan ki, ürək etibar edilməyəcək bir vəhşidir. Ağıl da elədir, amma heç olmasa o, sevgidən dəm vurmur.
Rus dilindən tərcümə: Aydan Ağayeva
“Döyüşçünün alicənablığı fahişənin təbəssümü kimidir..." - Jorj Bataydan aforizmlər Timuçin Esen və Funda Eryiğit məşhur rejissorun tamaşasında Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu
Baxış sayı:86
Bu xəbər 02 Oktyabr 2026 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















