Ürək sağlamlığı üçün ən faydalı 3 ədviyyat Alimlər AŞKARLADI
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müntəzəm olaraq az miqdarda qara istiot, darçın və mixəkdən istifadə ürək sağlamlığını möhkəmləndirə və hüceyrələri dağılmadan qoruya bilər. Bu təsirlər həmin ədviyyatlarda olan yüksək polifenol tərkibi ilə bağlıdır.
Redaktor.az xəbər verir ki, belə bir qənaətə Amerikanın Aydahо Universitetinin alimləri gəliblər. Araşdırmanın nəticələri “Nutrients” jurnalında dərc olunub.
Polifenollar — güclü iltihabəleyhinə və antioksidant xüsusiyyətlərə malik birləşmələr qrupudur. Onlar hüceyrələri oksidləşdirici stressdən qorumaqda iştirak edir, ürək-damar sisteminə, maddələr mübadiləsinə və qocalma proseslərinə müsbət təsir göstərir.
Tədqiqat çərçivəsində 212 nəfər yetkin iştirakçı 27 müxtəlif kulinariya ədviyyatı və otunun istifadəsi tezliyini özlərinin qiymətləndirdiyi anket doldurub. Alınan məlumatlar beynəlxalq” Phenol-Explorer” bazasından götürülmüş polifenol tərkibi barədə məlumatlarla müqayisə olunub.
Nəticələr göstərib ki, orta hesabla iştirakçılar ay ərzində yalnız ədviyyatlardan 680 milliqramadək polifenol qəbul ediblər — bu göstərici bu maddələrin ümumi qida yolu ilə qəbulunun təxminən 12 faizini təşkil edir. Aktiv birləşmələrin ümumi miqdarına ən böyük töhfəni qara istiot, darçın və mixək verib — bu ədviyyatlar xüsusilə yüksək polifenol konsentrasiyasına malikdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 15 Oktyabr 2025 00:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















