Icma.az
close
up
RU
Ürək səssizcə xəbərdarlıq edə bilər Təhlükə siqnalı göstərən 9 mühüm əlamət

Ürək səssizcə xəbərdarlıq edə bilər Təhlükə siqnalı göstərən 9 mühüm əlamət

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

İsti hava yorğunluq, nəfəs darlığı və ya halsızlıq kimi şikayətləri artıra bilər. Lakin bəzən bu əlamətlər yalnız hava şəraitindən deyil, ürəyin səssizcə verdiyi xəbərdarlıqlardan da qaynaqlana bilər.

Qaynarinfo xəbər verir ki, kardiologiya üzrə mütəxəssis dosent Onur Taşarın sözlərinə görə, ürək xəstəliklərinin bəzi əlamətləri çox zaman nəzərdən qaçırılır: 

"Gündəlik həyatda yay istisinə, stressə və ya gərgin iş tempinə bağladığınız bəzi şikayətlər əslində ürək xəstəliyinin göstəricisi ola bilər. Bu əlamətlər bəzən tək, bəzən isə başqa əlamətlərlə birlikdə ortaya çıxır. Ürək xəstəliklərində erkən fərq edilən siqnallar həyati riskləri önləməyin ən təsirli yoludur. Erkən diaqnoz və müalicə ürək sağlamlığını qorumaqda kritik əhəmiyyət daşıyır. Buna görə də həkimə müraciət etmək vacibdir".

Dosent Onur Taşar tez-tez nəzərdən qaçan əlamətləri və ürəkdə təhlükə siqnalı verən 9 mühüm göstəricini açıqlayır:

Yorğunluq - Gündəlik işləri yerinə yetirmək əvvəlkindən daha çətin gəlirsə, pilləkən qalxmaq və ya qısa məsafə gəzmək belə nəfəsinizi kəsirsə, bu ürəyin orqanizmə kifayət qədər oksigenli qan göndərə bilmədiyinin göstəricisi ola bilər. İstirahət etdikdən sonra belə keçməyən həddindən artıq yorğunluq erkən xəbərdarlıq siqnalıdır.

Nəfəs darlığı - Adi fəaliyyət zamanı nəfəs darlığı, istirahət halında nəfəs almaqda çətinlik, gecə yuxudan nəfəs tıxanması ilə oyanma ürək çatışmazlığının əlaməti ola bilər. Ürək zəiflədikdə ağciyərlərdə maye toplanır və nəfəs alma çətinləşir.

Döş qəfəsində narahatlıq - Ağrı olmasa belə, döşdə sıxılma, təzyiq, yanma və ya doluluq hissi infarkt ərəfəsində ən çox rast gəlinən xəbərdarlıqlardandır. Bu hiss bəzən qola, çənəyə, boyuna və ya kürəyə yayıla bilər.

Ayaqlarda və ya qollarda şişkinlik - Xüsusilə topuq, baldır və qarında səbəbsiz şişkinlik ürəyin qan dövranını lazımi səviyyədə təmin etmədiyini göstərə bilər. Günün sonunda daha çox nəzərə çarpır.

Sürətli və ya nizamsız ürək döyüntüsü - Ürək ritminin qəfil sürətlənməsi, nizamsızlaşması və çarpıntı hissi ciddi ritm pozuntusunun əlaməti ola bilər. Bu hal başgicəllənmə və ya huşunu itirmə ilə müşayiət olunursa, təcili müayinə tələb edir.

Başgicəllənmə və ya huşunu itirmə - Qəfil sərsəmlik, bulanıq görmə və ya qısa müddətli huş itkisi beynə kifayət qədər qan getməməsi ilə əlaqəli ola bilər. Təkrarlanan huş itkisi hallarına biganə qalmaq olmaz.

Yuxu problemləri - Gecə tez-tez oyanmaq, yuxusuzluq və ya nəfəs darlığı səbəbindən oturaq vəziyyətdə yatmaq məcburiyyətində qalmaq ürək zəifliyinin göstəricisi ola bilər.


Tərləmə - Açıq səbəb olmadan baş verən qəfil və həddindən artıq soyuq tərləmə infarkt əlaməti ola bilər. Bədən, ürək üzərindəki yükü azaltmaq üçün bu cür reaksiya verə bilər.

Döş ağrısı - Qəfil başlayan, güclü və ya uzun müddət davam edən döş ağrısı birbaşa infarktla əlaqəli ola bilər. Eforla artan və istirahətlə keçməyən ağrılar təcili tibbi müdaxilə tələb edir.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:37
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Avqust 2025 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see284

Ter Petrosyanın Zəngəzur dəhlizi ilə bağlı fikirləri avantüradır Politoloq

29 Sentyabr 2025 17:52see234

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see200

Rusiya sovet repressiyaları ilə bağlı arxivləri bağlayır...

29 Sentyabr 2025 00:45see191

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see177

Aktyor, KVN çi, polkovnik... Cabir İmanovla bağlı maraqlı faktlar

29 Sentyabr 2025 15:02see176

Müharibə riski ciddi olaraq qalır

30 Sentyabr 2025 13:01see159

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see147

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

30 Sentyabr 2025 13:37see140

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see136

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

29 Sentyabr 2025 23:11see135

Minsk görüşü, Miçiqandakı faciə, Cabir İmanovun vəfatı Xəbərlərin 20:00 buraxılışı

29 Sentyabr 2025 20:01see134

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see129

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see127

Tahir İmanov sosial şəbəkələrdə yayılan erotik şəkillərindən danışdı (FOTO)

29 Sentyabr 2025 14:35see127

Nurşən Quliyevə ağır itki

29 Sentyabr 2025 14:51see126

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see126

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

30 Sentyabr 2025 03:14see126

Baş nazir: Uran Nigeriyaya səfalət, Fransaya isə əmin amanlıq gətirib

29 Sentyabr 2025 03:52see122

139 ÖLKƏ ARASINDA 103 CÜ və 94 CÜ YERLƏR... “Bu qurumlar məsuliyyət daşıyır”

29 Sentyabr 2025 17:19see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri