Icma.az
close
up
RU
Ürək səssizcə xəbərdarlıq edə bilər Təhlükə siqnalı göstərən 9 mühüm əlamət

Ürək səssizcə xəbərdarlıq edə bilər Təhlükə siqnalı göstərən 9 mühüm əlamət

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsti hava yorğunluq, nəfəs darlığı və ya halsızlıq kimi şikayətləri artıra bilər. Lakin bəzən bu əlamətlər yalnız hava şəraitindən deyil, ürəyin səssizcə verdiyi xəbərdarlıqlardan da qaynaqlana bilər.

Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, kardiologiya üzrə mütəxəssis dosent Onur Taşarın sözlərinə görə, ürək xəstəliklərinin bəzi əlamətləri çox zaman nəzərdən qaçırılır: 

"Gündəlik həyatda yay istisinə, stressə və ya gərgin iş tempinə bağladığınız bəzi şikayətlər əslində ürək xəstəliyinin göstəricisi ola bilər. Bu əlamətlər bəzən tək, bəzən isə başqa əlamətlərlə birlikdə ortaya çıxır. Ürək xəstəliklərində erkən fərq edilən siqnallar həyati riskləri önləməyin ən təsirli yoludur. Erkən diaqnoz və müalicə ürək sağlamlığını qorumaqda kritik əhəmiyyət daşıyır. Buna görə də həkimə müraciət etmək vacibdir".

Dosent Onur Taşar tez-tez nəzərdən qaçan əlamətləri və ürəkdə təhlükə siqnalı verən 9 mühüm göstəricini açıqlayır:

Yorğunluq - Gündəlik işləri yerinə yetirmək əvvəlkindən daha çətin gəlirsə, pilləkən qalxmaq və ya qısa məsafə gəzmək belə nəfəsinizi kəsirsə, bu ürəyin orqanizmə kifayət qədər oksigenli qan göndərə bilmədiyinin göstəricisi ola bilər. İstirahət etdikdən sonra belə keçməyən həddindən artıq yorğunluq erkən xəbərdarlıq siqnalıdır.

Nəfəs darlığı - Adi fəaliyyət zamanı nəfəs darlığı, istirahət halında nəfəs almaqda çətinlik, gecə yuxudan nəfəs tıxanması ilə oyanma ürək çatışmazlığının əlaməti ola bilər. Ürək zəiflədikdə ağciyərlərdə maye toplanır və nəfəs alma çətinləşir.

Döş qəfəsində narahatlıq - Ağrı olmasa belə, döşdə sıxılma, təzyiq, yanma və ya doluluq hissi infarkt ərəfəsində ən çox rast gəlinən xəbərdarlıqlardandır. Bu hiss bəzən qola, çənəyə, boyuna və ya kürəyə yayıla bilər.

Ayaqlarda və ya qollarda şişkinlik - Xüsusilə topuq, baldır və qarında səbəbsiz şişkinlik ürəyin qan dövranını lazımi səviyyədə təmin etmədiyini göstərə bilər. Günün sonunda daha çox nəzərə çarpır.

Sürətli və ya nizamsız ürək döyüntüsü - Ürək ritminin qəfil sürətlənməsi, nizamsızlaşması və çarpıntı hissi ciddi ritm pozuntusunun əlaməti ola bilər. Bu hal başgicəllənmə və ya huşunu itirmə ilə müşayiət olunursa, təcili müayinə tələb edir.

Başgicəllənmə və ya huşunu itirmə - Qəfil sərsəmlik, bulanıq görmə və ya qısa müddətli huş itkisi beynə kifayət qədər qan getməməsi ilə əlaqəli ola bilər. Təkrarlanan huş itkisi hallarına biganə qalmaq olmaz.

Yuxu problemləri - Gecə tez-tez oyanmaq, yuxusuzluq və ya nəfəs darlığı səbəbindən oturaq vəziyyətdə yatmaq məcburiyyətində qalmaq ürək zəifliyinin göstəricisi ola bilər.

Tərləmə - Açıq səbəb olmadan baş verən qəfil və həddindən artıq soyuq tərləmə infarkt əlaməti ola bilər. Bədən, ürək üzərindəki yükü azaltmaq üçün bu cür reaksiya verə bilər.

Döş ağrısı - Qəfil başlayan, güclü və ya uzun müddət davam edən döş ağrısı birbaşa infarktla əlaqəli ola bilər. Eforla artan və istirahətlə keçməyən ağrılar təcili tibbi müdaxilə tələb edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 Avqust 2025 23:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see334

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see243

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see236

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see167

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see151

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see149

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see137

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see135

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see135

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri