Ürəyi dayanan futbolçu meydanlara qayıdır? Qaydalar deyir ki...
Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Fiorentina”nın yarımmüdafiəçisi Eduardo Bove komandanın İtaliya A Seriyasının 17-ci turu çərçivəsində keçirilən “Udineze” ilə oyununda ehtiyat oyunçular skamyasında oturub.
Publika.az xəbər verir ki, Bove dekabrın 1-də "İnter"ə qarşı ürək tutmasından sonra ilk dəfə "bənövşəyilər"in oyununu ehtiyat oyunçular skamyasından izləyib. "La Gazzetta dello Sport"un məlumatına görə, "Fiorentina" bunun üçün xüsusi icazə alıb.
Dekabrın 10-da 22 yaşlı yarımmüdafiəçi defibrilator quraşdırmaq üçün əməliyyat olunub və bir neçə gün sonra xəstəxanadan buraxılıb. A Seriyasının reqlamentinə əsasən, futbolçu defibrillyatorun implantasiyasından altı aydan az vaxt keçməyincə, çempionatda oynaya bilməyəcək.
Qeyd edək ki, oyun dekabrın 23-də "Artemio Françi" stadionunda baş tutub və meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Heybət
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 24 Dekabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















