“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” Video
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, ötən il ürək transplantasiyası edilən Tovuz sakini 2006-cı il təvəllüdlü Rəşad Məmmədəliyev vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, onun anası Fəridə Hüseynova hadisə barədə danışıb.
“Yolda su içmək istəyib. Deyəsən təzyiqi qalxıb. Yıxılıb başı betona dəyib. Rəşadın ürəyində heç bir problem olmayıb. Şəkəri, təzyiqi var idi. Əcəl onu başqa şeydən apardı. Ürəyi gül kimi idi”, - deyə o əlavə edib.
Əmisi isə bildirib ki, Bakıda əməliyyatın il dönümün qeyd edəcəkdilər:
“Təəssüflər olsun ki, yetişə bilmədi. Bizim üçün çox böyük itkidir. Arzularımız çox idi, Rəşad yarımçıq qoydu. Hərbi xidmətdə də olmuşdu. Xəstəliklə əlaqədar yarımçıq təxris olunmuşdu”.
Daha ətraflı “Baku TV”nin süjetində:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 15 Oktyabr 2026 21:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















