Ürəyi istədiyi kimi manevr edən sürücüyə qadın görün necə reaksiya verdi VİDEO
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtın Mir Cəlal küçəsində qayda pozaraq təhlükə yaradan sürücü görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 11-də səhər saatlarında qeydə alınıb. Hərəkətdə olan 66-BM-995 dövlət nömrə nişanlı “Ford Transit” markalı avtomobilin sürücüsü geriyə dönən zaman qarşıdan gələn maşına əhəmiyyət verməyib. Bu vaxt o, görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb. Ürəyi istəyən formada manevr edən sürücü bununla da kifayətlənməyib. Belə ki, o, park edilmiş maşına dəyməmək üçün qəfil sola manevr edib və qadın sürücünü sıxışdıraraq yenidən təhlükəyə səbəb olub.
Hadisədən sonra xanım sürücü qayda pozan sürücünün avtomobilinə yaxınlaşaraq ona iradını bildirib və yol hərəkəti qaydasını izah edib. Sürücü isə xanımla razılaşmayaraq törətdiyi xətaya haqq qazandırıb.
Nərmin
Baxış sayı:153
Bu xəbər 12 Avqust 2025 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















