Icma.az
close
up
RU
Qadın ürəyi, sevgi və romantika

Qadın ürəyi, sevgi və romantika

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

İyirmi ildən çox tanıdığım, dostum və oxucum olan bir xanım 14 Fevral – Sevgililər Günüylə bağlı yazıb: “Həyatımda romantik münasibət görmədim”. 

İkinci nikahda olan, iki uşaq böyüdən xanımın yaşı 50-yə yaxnlaşsa da, çətin bir həyat, o cümlədən qaçqınlıq yaşasa da, gözəlliyi, məlahəti solmayıb, cazibəsi itməyib. Bu bir yana, heç gözəl olmasaydı belə, ağlı-savadı, davranışı,  rəgbət, simpati və məhəbbət doğuracaq, kişi ürəyini fəth edə biləcək bir xanımdır. Bu səbəbə onun etirafı məni kədərləndirdi, amma təəccübləndirmədi…

Həm də 30-35 il öncə ərli, iki uşaq anası olan başqa bir xanımın etirafını yadıma saldı. Məndən iki-üç yaş kiçik, imkanlı və yaxşı ailənin qızı, məlahətli və cazibədar xanım etiraf etmişdi ki, bir dəfə qonaqlıqda, masa arxasında yanlarında oturan bir gəncin süfrənin altında nişanlısının əlini xəlvətcə tutduğunu, tumarlamasını görmüş və o qıza həsəd aparmışdı.

“Mən ərimdən heç vaxt belə bir şey, heç bir nəvaziş görməmişəm”, – demişdi.

Təqsir ərlərində, biz kişilərdədir ki, xanımlara bu hissləri, münasibəti, ovqatı yaşatmamaşıq, yaşada bilmirik? Kişilərin mütləq əksəriyyəti sevgilisini ilk dəfə öpdüyü günü, toyunun tarixini bir müddət sonra unudur, amma qadın heç vaxt unutmaz.

Toy buketindəki qızılgüllərin ləçəyini qurudub onillərlə saxlamaq hansı kişinin ağlına gələr? Amma qadınlar saxlayır. Qadınla kişi xasiyyətinin, ürəyinin, duyğularının kövrəkliyinin fərqi budur. Amma, başqa tərəfdən, bəlkə, təqsir qadının özündədir ki, hüzurunda kişilər nəsə romantik bir söz, əməl, hərəkətdən çəkinib? Belə qupquru  ya zəhmli xanımlar da görmüşəm, tanımışam, az da olsa…

Bəlkə, “heç zaman romantik münasibət görmədim” deyən gözəl xanım yanılır? O mənada ki onun da həyatında arzuladığı, can atdığı romantik münasibət, anlar, saatlar, aylar-günlər olub, amma onları görməyib, anlamayıb, romantik saymayıb?

Tək qadınlara yox, kişilərə də, bütün insanlara xas olan bir özəllikdi – malik olduğunun qədrini bilməmək, dərk etməmək. Romantika yalnız Baham, Bermud, Kanar ya Maldiv adalarının bahalı hotellərində bal ayı keçirmək, gözəl bir axşam dəniz üzərindəki körpüdə, ya dənizə baxan eyvanda şam eləmək deyil.

Xatırlayıram ki, illər öncə Bakıdakı hansısa turizm şirkəti xaricilər üçün Valentines Day – fevralın 14-də Qız Qalasının üstündəki meydançada şam işığında, qızılgüllərlə bəzədilmiş və b. atributlu masa arxasında yüz min dollara başa gələn romantik şam yeməyi təklif edirdi. Bilmirəm, Qız qalasının zirvəsində o romantik axşama gələn oldu, ya yox?

Ümumiyyətlə, məsələ pulda deyil. Əks halda, on-on iki il əvvəl nazirlərimizdən birinin xanımı milyonçu ərini ataraq imkansız sevgilisinə qoşulub qaçmazdı.

Elə bu səbəbə suallarımı “heç zaman romantik münasibət görmədim” deyən dostuma, “Facebook”da dostluğumda olan və bu sətirləri oxuyan bütün xanımlara ünvanlayıram.

Sizə heç vaxt kompliment deməyiblər? Gözlərinizin ya saçınızın rəngini tərifləməyiblər? Müzakirə mövzusu etməyiblər? Gül, ətir, konfet, şokolad hədiyyə etməyiblər? Ərinizlə, ya sevgilinizlə “konfet-buket dövrü” deyilən çağlarınız olmayıb?  Sizi küçədə, qapı ağzında gözləməyiblər? Üzünüzə, ya arxanızca həsrətlə baxmayıblar? Nəinki şəhvətli, heç qaba da olmayan, ürkək ya hökmlü, eşq dolu baxışlarla saatlarla  ya günlərlə təqib etməyiblər? Sıxıla-sıxıla ya əksinə, sakitcə, təcrübəli kişi arxayınçılığıyla görüşə çağırmayıblar?

Məclisdə, bir çox adam içində masa arxasında oturanda sevgiliniz, ya nişanlınız, ya əriniz süfrənin altında əlinizdən xəlvətcə tutmayıb? Barmaqlarınızı nəvazişlə sıxmayıb? Tumarlamayıb? Dizinizə ya budunuza yavaşca toxunmayıb, oxşamayıb?

Saçlarınızı tumarlamayıb, qoxulamayıb? Əlinizi, ya boynunuzu öpüşlərə qərq etməyib?

Əlli iki il öncə təzə tanış olduğum, cəmi bir neçə dəfə görüşdüyümüz, kinoya getdiyimiz, o vaxtı mərkəzdə, inqilabdan qabaqkı binanın birinci mərtəbəsində yaşayan qıza telefon-avtomatdan zəng edib: “”Azərbaycan” kinoteatrının yanındayam. Beş dəqiqədən sonra pəncərənizin qabağına gələ bilərsən?”, – deyə soruşdum. Beş dəqiqədən sonra pəncərənin açıldığını görüb yaxınlaşdım. “Birdən səni görmək istədim”, – söylədim, bir qədər danışdıq və qəfildən, amiranə: “Əlini ver!”, – dedim.

Qədim, yoğun dəmir millərin arasından mənə sarı uzanan balaca, sanki ərgən yox, yeniyetmə qıza məxsus toppuş əli tutub qəfildən nazik barmaqlarından öpdüm. Qız əlini tez geri dartdı: “Görən olar! Daha get!”, – dedi.

Mənə elə gəlir ki, qızın ürəyini o zaman, o öpüşlə, o hərəkətimlə fəth etdim.

Altı il sonra o qız bütün maneələrə rəğmən həyat yoldaşım, uşaqlarımın anası, on-on beş il sonra hekayələrimdəki qız-gəlin surətlərinin  proobrazı oldu… Pəncərədən, barmaqlıq arasından əlinizi bu cür uzatmağınızı istəyən, öpən olmayıb?

Belə oxşama, nəvaziş, sadaladığım kimi hallar və hərəkətlər özü romantika, romantik məhəbbətin təzahürləri deyilmi? Bütün bunlar, ya bir hissəsi, ya heç olmasa birisi qadının həyatında olubsa, deməli, arzuladığı romantik an və duyğuları yaşayıb.

Amma heç biri olmayıbsa, həqiqətən, olmayıbsa, acınacaqlıdır…

Deməli, Azərbaycanda İsmayıl Şıxlının “Dəli Kürün”dəki qəhrəman, arvadını, sevgilisini heç vaxt əzizləməyən, yalnız qartal kimi başının üstünü alıb “istədiyini götürən” Cahandar ağa kimi kişilər hələ də çoxdur.

Bütün nöqsanları, gender məhdudiyyətləriylə yanaşı, XIX yüzillik Azərbaycan kişisinin, bəyinin cəsarət və şücaət rəmzi olan Cahandar ağa kimi kişinin arvadı olmaq XXI əsrdə Azərbaycan qadını üçün faciəyə çevrilir. Özü də hətta Cahandar ağa qaçırdığı Mələyə “istədiyini götürmək” yox, tumarlamaq, əzizləmək istəyini yaşayır.

Çağdaş dövrdə qadının ərindən, kişidən gözləntisi, tələbləri artıb və bu təbiidir.

Sevgililər günündə daha Azərbaycandakı qadın qətlləri, ailə daxilində zorakılıq statistikası haqqında danışmaq istəmirəm.

Dəhşətlidir.

Dünya və insan haqqında hələ aşağı-yuxarı 2 500 il öncə deyilən “Ttempora mutantur, et nos mutamur in illis” – “Zaman dəyişir, biz onunla birgə dəyişirik” latın kəlamı əbəs yerəmi günümüzə qədər gəlib çatıb?

Dövr dəyişir və biz – qadınlar da, kişilər də də onlara uyğun dəyşirik, dəyişməliyik. Qadın yalnız zorakılıq görməmək, döyülməmək, evdə nökər-qaravaş olmamaq yox,  sevib-sevilmək, əzizlənmək istəyir

Romantik məhəbbət haqqında ən gözəl ədəbi əsərlərdən biri rus nasiri Aleksandr Kuprinin gənc və kasıb məmurun ərli, gənc, gözəl, varlı və kübar xanıma cavabsız məhəbbəti haqqında yüz on il əvvəl yazdığı “Гранатовый браслет” – “Yaqut bilərzik” povestidir, zənnimcə. Filmi də var, amma köhnədir, sovet vaxtının.

Məncə, sabah ac qalsanız belə, dünya dağılmaz, Sevgililər Günü isə həyat yoldaşınıza, iyirmi-otuz, ya lap əlli ilin arvadına heç olmasa bir gül almağa, şirin söz deməyə, kövrək qadın ürəyini oxşamağa dəyər. Lazımdır. Vacibdir.

Flörtün, qadınla davranmağın, ürəyini fəth etməyin sirrlərini bizdən dəfələrlə yaxşı bilən fransızların məsəli var, hələ sovet vaxtı oxumuşam: “Qadına hərdən bir kompliment demək, gününü göy əskiyə büküb brilliant almaqdan daha yaxşıdır”.

14 fevral – Sevgililər Gününüzü təbrik edirəm, əziz xanımlar və bəylər!

Çingiz Sultansoy

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Fevral 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəziyyətin nəzarətdən çıxması daha geniş regional müharibəyə çevrilə bilər

10 İyul 2026 12:58see399

AZAL ın yarımillik uğurları

10 İyul 2026 00:35see316

Avropa Liqası: Qarabağ qalib gəlir (YENİLƏNİR)

09 İyul 2026 20:33see262

NASA könüllü astronavtlar axtarır

10 İyul 2026 04:45see226

Mars Fantastik hekayə

09 İyul 2026 19:11see221

Əvəzedicilər Liqası: II turun başlama vaxtı bilindi

10 İyul 2026 23:02see195

Ərdoğan Livanın Baş nazirini qəbul etdi

11 İyul 2026 02:36see165

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

10 İyul 2026 18:26see162

MİQ üzrə test imtahanlarının tarixləri ELAN EDİLDİ CƏDVƏL

09 İyul 2026 20:59see161

Xameneinin tabutunu daşıyan gizli şəxs kimdir? VİDEO

11 İyul 2026 10:18see158

Ərdoğan Türkiyənin F 35 qırıcı təyyarələrinin istehsalı proqramına qayıdacağına əmindir

10 İyul 2026 00:03see158

Belçikada ölənləri sayı rekord həddə çatdı

10 İyul 2026 03:42see157

Alla Puqaçovadan ŞOK ADDIM Mayamidəki villasına 1 dollar qiymət qoydu...

11 İyul 2026 02:05see156

Bakının prinsipial mövqeyi nəticə verdi: İsrail qərarını dəyişdi

10 İyul 2026 00:35see156

Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı

10 İyul 2026 02:50see155

Kim bilir sabahım necə gələcək

10 İyul 2026 21:02see151

Söz və qələm: Jurnalistikanın əbədi gücü...

10 İyul 2026 14:43see149

ABŞ nin Rusiyaya qarşı sarsıdıcı sanksiyalar ı razılaşdırılıb Lindsi Qrem

10 İyul 2026 23:40see145

Öldürülsə, İrana görünməmiş zərbələr endirməyi tapşırıb

10 İyul 2026 21:02see145

İranın milyardlarla dollarlıq əməliyyatları ifşa edildi ABŞ hərəkətə keçdi

11 İyul 2026 09:38see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri