Ürəyi qorumağın sirri bu iki məhsuldadır
Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Alimlər ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edə biləcək iki faydalı məhsulu açıqlayıblar.
“Nutrients” jurnalında dərc olunan araşdırmaya əsasən, tam taxıllı yulaf və arpanın müntəzəm istehlakı ürək sağlamlığına müsbət təsir göstərə bilər.
Araşdırmada 68 nəfər iştirak edib. Könüllülər üç qrupa bölünüb: birinci qrup adi qidalanmaya davam edib, ikinci qrup hər gün tam taxıllı yulaf məhsulları, üçüncü qrup isə arpa məhsulları qəbul edib.
Nəticələr göstərib ki, yulaf iştirakçıların lipid profilini yaxşılaşdıraraq “pis” xolesterin kimi tanınan aşağı sıxlıqlı lipoproteinlərin səviyyəsini azaldıb. Arpa isə ürək-damar sistemi ilə bağlı digər göstəricilərə müsbət təsir göstərib.
Tədqiqatçılar bu təsirin yulaf və arpanın tərkibindəki xolesterin səviyyəsinin tənzimlənməsinə kömək edən beta-qlükan adlı həll olunan liflə əlaqəli ola biləcəyini bildiriblər. (Publika.az)
Baxış sayı:67
Bu xəbər 05 Sentyabr 2026 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















