Urmiya gölündən sonra Qavxuni: İranın ekoloji böhran xəritəsi genişlənir
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Urmiya gölü ətrafında xərçəng xəstəliyinin artması ilə bağlı xəbərlərdən sonra bu dəfə İsfahan əyalətindəki Qavxuni bataqlığı ətrafında oxşar vəziyyət müşahidə olunur.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Qeyd olunur ki, bataqlığın olduğu bölgədə yaşayan sakinlər arasında son illərdə leykoz (qan xərçəngi), autoimmun və digər nadir xəstəliklərin yayılması nəzərəçarpacaq dərəcədə artıb.
Mənbələr bildirirlər ki, uzunmüddətli mədən fəaliyyəti, xüsusilə duz və kalium hasilatı bölgədəki ekoloji vəziyyətin pisləşməsinə və xəstəliklərin artmasına səbəb olub.
Hazırda yerli sakinlər vəziyyətin araşdırılması və sağlamlıq təhlükələrinin aradan qaldırılması məqsədilə rəsmi qurumlara ərizə ilə müraciət ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 10 Oktyabr 2025 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















