Icma.az
close
up
RU
İranın yeni xəritəsi cızılır

İranın yeni xəritəsi cızılır

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cənubi Azərbaycanın taleyi kürdlərin əlində?

Bu mövzu yeni deyil. Bu barədə Azərbaycanda dəfələrlə yazılıb, xəbərdarlıqlar edilib, mümkün ssenarilər müzakirə olunub. İndi isə eyni narahatlıq ABŞ analitik mühitində açıq şəkildə ifadə olunur. Bu artıq fərqli mərhələdir. Çünki məsələ regional müzakirədən çıxaraq beynəlxalq strateji gündəmə daxil olur.

ABŞ-da fəaliyyət göstərən analitik platforma "Geopolitical Monitor"-da yayımlanan “The Syrian Clock Is Ticking in West Azerbaijan” (“Qərbi Azərbaycanda Suriya saatı işləyir”) adlı məqalə bu baxımdan sadəcə fikir deyil. Bu, prosesin təsviridir. Məqalənin ilk tezisi bunu açıq şəkildə ifadə edir

“The ongoing war in Iran is rapidly producing a new political and military geography inside the country.” (İranda davam edən müharibə ölkə daxilində yeni siyasi və hərbi coğrafiya formalaşdırır.)

Bu artıq ehtimal deyil. Bu, baş verənlərin diaqnozudur. Məqalənin mərkəzində qoyulan sual isə daha sərtdir: “What happens to the territories of Azerbaijanis in Iran if a Kurdish armed corridor consolidates from the Iraqi border westward toward the Turkish frontier?” (Əgər İraq sərhədindən Türkiyə sərhədinə doğru uzanan kürd silahlı dəhlizi formalaşarsa, İrandakı azərbaycanlıların yaşadığı ərazilərin taleyi necə olacaq?)

Məqalədə açıq yazılır:“…a corridor… connecting toward the Turkish frontier.” (“Türkiyə sərhədinə doğru uzanan dəhliz formalaşa bilər.”)

Və daha sərt: “…would directly sever the geographic chain…”
(“Bu, mövcud coğrafi əlaqəni qopara bilər.”) Bu artıq strateji məsələdir.

“Maku… is the tripoint of Iran, Turkey, and Azerbaijan.” (“Maku (İranın Qərbi Azərbaycan ostanında şəhər, Maku şəhristanının inzibati mərkəzi.) İran, Türkiyə və Azərbaycanın kəsişmə nöqtəsidir.”) Kürd silahlı qrupları bu kimi strateji nöqtələri soydaşlarımızdan tmizləməyə çalışa bilərlər. Bu təhlükə son dərəcə realdır...

Bu kimi iddialar artıq ssenarinin mövcudluğunu göstərir. Bu, nəzəri ehtimal kimi deyil, mümkün inkişaf xətti kimi təqdim olunur. Məqalə bu prosesi izah etmək üçün Suriya modelinə istinad edir və orada baş verənlərin təsadüf olmadığını göstərir: “The northern Syria precedent offers a possible template. When the Assad state collapsed in the northwest, the YPG did not wait. It moved.” (Şimali Suriya presedenti mümkün model təqdim edir. Şimal-qərbdə dövlət zəiflədikdə YPG gözləmədi, hərəkət etdi.)

Burada əsas prinsip açıqdır. Gözləyən tərəf xəritədəki yerini itirir. Hərəkət edən tərəf isə xəritəni pz xeyrinə dəyişir, təbii ki, başqalarının hesabına.

Məqalənin ən kritik nəticələrindən biri isə demoqrafik faktorla bağlıdır: “Demographic composition proved insufficient to prevent territorial consolidation by armed actors.” (Demoqrafik üstünlük silahlı qüvvələrin ərazi nəzarətini ələ keçirməsinin qarşısını ala bilmədi.)

Bu cümlə bir reallığı təsdiqləyir. Say üstünlüyü siyasi nəticə yaratmır. Güc və təşkilatlanma isə yaradır. Dünyanın fərqli bölgələrində biz bunun dəfələrlə şahidi olmuşuq.

Bu kontekstdə Cənubi Azərbaycan barədə verilən qiymətləndirmə açıqdır, özü də zəhər kimi öldürcüdür: “South Azerbaijan’s political movement is, by constitution and by necessity, an unarmed one.” (Cənubi Azərbaycanın siyasi hərəkatı həm konstitusiya, həm də mövcud şərait baxımından silahsızdır.)

Bu fikir də çılpaq həqiqətə söykənir: “A majority in their own territory, but unarmed.” (Öz torpağında (yəni azərbaycanlılar) çoxluqdur, amma silahsızdır.)

Bu ifadələr emosional deyil. Struktur problemin təsviridir. Böyük demoqrafik potensial mövcuddur, lakin onu siyasi və hərbi gücə çevirən mexanizm yoxdur. Bu da məqalədə açıq şəkildə ifadə olunur.

Bu reallığın qarşısında isə fərqli tip aktorlar dayanır: “Armed factions with preexisting organizational infrastructure, cross border logistical networks, and external political sponsorship were positioned to move when the opening occurred.” (Əvvəldən təşkilatlanmış strukturlara, sərhədlərarası logistika şəbəkələrinə və xarici siyasi dəstəyə malik silahlı qruplar fürsət yaranan kimi hərəkət etməyə hazır idi.)

Bu, balansın hansı tərəfdə olduğunu göstərir. Təşkilatlanmış və silahlı qüvvələr artıq mövcuddur və boşluq yaranan kimi hərəkətə keçəcək potensiala malikdir.

Məqalədə ABŞ faktoruna toxunan hissə də təsadüfi deyil: “…apparent signals of US political interest in their role…” (ABŞ-ın bu qüvvələrin (PKK düşüncəsinə bağlı kürd silahlıları) roluna maraq göstərdiyinə dair siqnallar var.)

Bu, açıq dəstək ifadəsi deyil, lakin kənar marağın mövcudluğunu göstərir. Bu isə prosesin yalnız daxili deyil, daha geniş geosiyasi çərçivədə qiymətləndirildiyini ortaya qoyur.

Məqalənin ən ağır nəticəsi isə sonda ifadə olunur: “The communities who actually live at the seam of those calculations are not at any table where those decisions are being made.” (Bu hesablamaların ortasında yaşayan icmalar həmin qərarların verildiyi heç bir masada təmsil olunmur.) Türkiyə türkləri bu fikri çox dəqiq ifadə edirlər: 'Masada Değilsen, Menüdesin.'' Bu, artıq xəbərdarlıq deyil. Bu, reallığın təsviridir.

Bu məqalə Azərbaycan oxucusuna bir neçə açıq mesaj verir. İran daılır, regionda yeni xəritə formalaşır. Bu xəritəni demoqrafiya yox, güc və təşkilatlanma müəyyən edir. Siyasi və hərbi strukturu zəif olan icmalar bu prosesdə iştirak etmir, nəticə ilə üzləşir.

Bu mövzu Azərbaycanda illərdir müzakirə olunur. İndi isə eyni narahatlıq ABŞ analitik mühitində açıq şəkildə səsləndirilir. Bu, təsadüfi deyil. Bu tip məqalələr çox vaxt ya mümkün ssenariləri test edir, ya da artıq müzakirə olunan planların intellektual əsaslandırması olur.

Suriya modeli bir dəfə baş verdi. İndi isə onun başqa coğrafiyada təkrarlanması artıq açıq şəkildə müzakirə olunur. Bu şəraitdə əsas sual dəyişmir. Kim prosesə təsir edir, kim isə kənardan izləyir. 

Görünən odur ki, İran kürdləri yaranmış vəziyyətdən maksimum şəkildə yararlanmağa çalışacaq. Cənubi Azərbaycan isə təşkilatlanmış və silahlı qrupların qarşısında faktiki olaraq müdafiəsiz qala bilər.

Bu ssenarinin qarşısını ala biləcək yeganə real faktor Türkiyə-Azərbaycan ittifaqıdır.

Tarixi kontekst bunu aydın göstərir. 1921-ci ildə imzalanmış Qars müqaviləsi ilə Naxçıvanın Azərbaycanın tərkibində muxtar qurum kimi qalması təmin edildi. Bu qərar təsadüfi deyildi. Bu, Türkiyənin regionda strateji dərinlik yaratmaq siyasətinin nəticəsi idi. Mustafa Kamal Atatürk dövründə Türkiyə bu məqsədlə İranla ərazi mübadiləsinə getdi və Naxçıvanla Türkiyə arasında qısa, lakin həyati əhəmiyyətli sərhəd formalaşdırıldı.

Bu xətt sonradan da davam etdi. Müasir mərhələdə Türkiyə Azərbaycanla birlikdə Qarabağ məsələsində hərbi və siyasi balansı dəyişdi və regionda yeni reallıq formalaşdırdı.

Bu baxımdan Ankara üçün əsas prinsip dəyişməz qalır. Türkiyə ilə Azərbaycan arasında hər hansı tampon zonanın formalaşması, xüsusilə PKK ilə bağlı strukturların belə bir dəhliz yaratması qəbul edilə bilməz.

Eyni məntiq Bakı üçün də keçərlidir. Azərbaycan dövləti regionda öz strateji maraqlarına zidd olan ssenarilərin reallaşmasına kənardan baxan aktor kimi qalmaz. 

Burada daha geniş geosiyasi məntiq də var. Cənubi Azərbaycan üzərindən Türkiyə ilə birbaşa quru əlaqəsinin formalaşması potensialı mövcuddur. Belə bir ssenari yalnız regionun siyasi xəritəsini deyil, həm də mövcud nəqliyyat və dəhliz layihələrinin, məsələn, Zəngəzur dəhlizinin əhəmiyyətini yenidən müəyyən edə bilər.

Bu isə o deməkdir ki, məsələ yalnız lokal təhlükəsizlik problemi deyil. Bu, regionun gələcək geosiyasi arxitekturasının necə qurulacağı məsələsidir.

Əgər bu prosesə vaxtında təsir edilməzsə, sabah artıq xəritə dəyişmiş olacaq və o xəritə danışıqlar masasında deyil, meydanda yazılacaq.

Mənbə: //www.geopoliticalmonitor.com/the-syrian-clock-is-ticking-in-west-azerbaijan/

Elbəyi Həsənli, Sürix

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Mart 2026 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri