Ursula Fon der Lyayen Almaniyanın ilk qadın prezidenti ola bilər
Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
Almaniya kansleri Fridrix Mertz hazırkı Avropa Komissiyasının sədri Ursula Fon der Lyayeni ölkə prezidentliyinə namizəd göstərməyi nəzərdən keçirir.
Bakupost.az xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri məlumat yayıb.
Almaniya Xristian-Demokrat İttifaqı partiyasının gələcək prezident seçkiləri üçün namizədləri siyahısında Bundestaqın sədri Yuliya Klekner, Ailə İşləri naziri Karin Prin və Bavariya parlamentinin rəhbəri İlze Aigner də yer alır.
Ekspertlər hesab edir ki, Ursula Fon der Lyayen Brüsseldə “Yaşıl Kurs” siyasəti və Ukraynaya dəstək fəaliyyətləri ilə artıq özünü sübut edib. Onun prezident seçilməsi Almaniyada tarixi hadisə olacaq. O, həm ilk müdafiə naziri, həm ilk Avropa Komissiyası sədri, həm də ilk federal prezident kimi tarixə düşəcək.
Aysel,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 25 Avqust 2025 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















